Accessibility links

Uşaqların normal qidalanmasına vəsait ayrılması hər bir ölkənin gəlir strategiyasıdır [Video]


Uşaq aclığı
please wait
Embed

No media source currently available

0:00 0:03:11 0:00

Uşaq açlığı

Uşaq aclığı qlobal bir problemdir. Bu problemə zəngin ölkələrdə də rast gəlinir. Normal qidalanmayan uşaqlar saylarına görə Asiyada üstünlük təşkil edir. Xüsusilə də Cənubi Asiyada. Digər təhlükəli bölgə Böyük Səhraaltı Afrika ölkələridir.

Dr. Peter Salama Efiopiyada UNICEF-i təmsil edir. "Afrikanın hər bir ölkəsində uşaqların qidalanma problemi mövcuddur. Sual bunların kəmiyyətindədir."

Lancet jurnalında dərc edilən tədqiqat nəticələrinə görə, 5 yaşəndan aşağı uşaqların 45 faizi normal qidalanmama səbəbi ilə vəfat edir. Uşaqların aclığı onların beyin və bədənlərinin inkişafına mane olur.

Con Hopkins universitetinin alimi, dr. Robert Blakin dediyinə görə, problem uşaqlar ana bətnində olduqda başlayır. “Pis qidalanan ananın uşağı yaxşı inkişaf etmir. Az çəki iə doğulan körpələr arasında ölüm halları və daha sonrakı inkişaf prosesinin ləngiməsi yüksək.”

Tədqiqatçılar deyir ki, dövlətlər sadə ölçülərlə milyonlarla körpənin həyatını xilas edə bilər. Bu ölçülərə hamilə qadınların fol turşusu və kalsium qəbul etməsi, uşaqların ana südü ilə bəslənməsi, körpələrə a vitamin verilməsi ola bilər.

Uşaqlar arasında pis qidalanma hallarının 20 faiz azaldılması 9 milyard dollarlıq vəsaitə qənaət deməkdir.

Beynəlxalq Ərzaq siyasəti institutunun əməkdaşı Harold Alderman Lansetdə dərc edilən hesabatın həmmüəllifidir. “İnvestisiya edilən hər bir dolların qarşılığında 8-9 dollar qazanc əldə etmək mümkündür. Tədqiqat apardıqda dedim, bir baxın həyatların xilası nə qədər dəyərli imiş.”

Alderman deyir ki, uşaqların normal qidalanması hökumətlərin mənafeyinə xidmət edir. “Məni hələ də hökumətlərin qidalanma sahəsinə diqqət yetirməməsi təəccübləndirir. Biz öz produktiv yatırımımızı davam etdirəcəyik. Buna şübhə ola bilməz. Göstəricilər də göz qabağındadır.”

Alderman deyir ki, uşaqların normal qidalanması iqtisadiyyatın artımı deməkdir. Normal yeyən uşaq məktəbdə daha yaxşı göstəricilər əldə edir, daha yaxşı işçi qüvvəsinə çevrilir. Tədqiqatların nəticələrindən məlum olub ki, uşaqlıqda pis qidalanan insanların qazancları normallarla müqayisədə 20 faiz az olur.
XS
SM
MD
LG