Accessibility links

Hər il 15 milyondan artıq körpə vaxtından əvvəl dünyaya gəlir


Hər il 15 milyondan artıq körpə vaxtından əvvəl dünyaya gəlir. Bunun səbəbləri bəllidir. Lakin uşaq ölümü və xəstəliklərinin aradan qaldırılmasına kifayət edəcək qədər deyil.

Vaxtsız doğuşlar uşaqların erkən ölümünə yol açmaqla yanaşı, onları əlil də edə bilir. Ana bətnində 37 həftədən az qalan uşaqlarda beyin zədələnməsi, eşitmə problemləri və tənəffüs xəstəliklərinə daha çox rast gəlinir. Belə körpələrdə pnevmaniya halları daha çox qeydə alınır.

ABŞ-ın Milli Səhiyyə İnstitutunun alimi Alan Qatmaxerin dediyinə görə, vaxtından əvvə doğulan uşaqları xilas etmək bəzən çox çətin olur. Bu hallar erkən doğuş səbəbi bəlli olmayanda qeydə alınır.

Alimlər bunlara genlərin yol açdığını deyir. Oğlanların qızlarla müqayisədə daha çox vaxtından tez dünyaya gəldiyi məlumdur. Lakin buna nəyin səbəb olduğu məlum deyil.

Hazırda alimlər dünya miqyasında koordinasiya yolu ilə uşaqların xilasına çalışır. March of Dimes təşkilatı aparıcı mövqe tutub. Təşkilatın tədqiqatşı alimi, doktor Edvard Makkabenin dediyinə görə, vaxtından əvvəl dünyaya gələn 15 milyon uşağın 1 milyonu vəfat edir.
XS
SM
MD
LG