Accessibility links

Üsyançı kürd qrupu PJAK İranı atəşkəsə çağırıb (Yenilənib)


Üsyançı kürd qrupu PJAK İranı atəşkəsə çağırıb (Yenilənib)
Üsyançı kürd qrupu PJAK İranı atəşkəsə çağırıb (Yenilənib)

Üsyançı kürd qrupu İranı atəşkəsə çağıraraq, belə bir addımın tərəflər arasındakı konfliktin demokratik yolla həllinə gətirib çıxaracağına ümidini ifadə edib. Bu açıqlamanı Kürdüstana Azadlıq – PJAK partiyası bu gün öz veb səhifəsində yerləşdirib. Açıqlamada İranın razılıq verdiyi təqdirdə atəşkəsin bu gündən etibarən qüvvəyə minəcəyi və hansısa mənfi hadisəyə görə Tehranın məsuliyyət daşıyacağı deyilir.

İranın yüksək səviyyəli hərbi rəsmisi isə deyib ki, atəşkəs barədə razılıqdan əvvəl kürd yaraqlılar İran sərhədindən uzaqlaşmalıdırlar. Polkovnik Həmid Əhmədi son zamanlar PJAK qrupunun yaraqlıları ilə qarşıdurmalar zamanı İranın İnqilab Qvardiyası tərəfindən 30 yaraqlı öldürülüb, 40-ı yaralanıb.

Müqəddəs Ramazan ayında İran milli mədəni hüquqların qorunması uğrunda mübarizə apardığını deyən qrupa qarşı hücumları dayandırmışdı.

XS
SM
MD
LG