Accessibility links

Uzun fasilədən sonra Yunis Səfərovun məhkəməsi başlayıb


Yunis Səfərov
Yunis Səfərov

Oktyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Haclıyevin sədrliyi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Bundan əvvəl cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya Bakının Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxırdı. Ötən prosesdə vəkil Nazim Musayev işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmasına etiraz edib. O bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevin iş üzrə zərərçəkmiş Elmar Vəliyevlə qohumluq əlaqəsi var. Vəkil bu səbəbdən cinayət işinin baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə vəsatət verib.

Beləliklə, işin obyektiv araşdırılması üçün cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılması barədə qərar qəbul edib.

Bu günki məhkəmə prosesində təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlər verib.

Vəkil Fariz Namazlının dediyinə görə vəsatətlər məhkəmə prosesinin audio və video yazıyla həyata keçirilməsi, media nümayəndələrinin prosesə buraxılması, təqsirləndirilən şəxslərin cinayət işi üzrə icraata xitam verilməsi, həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, bəzi sənədlərə və mobil telefona baxış keçirilməsi barədə olub. Lakin vəsatətlər təmin olunmayıb.

Uzun fasilədən sonra Yunis Səfərovun məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:03:42 0:00

Bundan əlavə, Yunus Səfərovun vəkili Bəxtiyar Hacıyev vəsatət verib. O bildirib ki, müdafiə etdiyi şəxsin həbsdə saxlanıldığı vaxtdan indiyə qədər ailə üzvləri ilə telefon danışığına və görüşəün məhduduiyyət qoyulub.Vəkil onun ailə üzvləri ilə telefon danışığının təmin olunmasını istəyib. Hakim bbildirib ki, bu məsələ penitensiar xidmətin səlahiyyətindədir.

Məhkəmə prosesinə gələn təqsirləndirilən şəxslərin qohumlarının əksəriyyəti və media məhkəmə zalına buraxılmayıb.

Məhkəmə baxışı oktyabrın 13-nə təyin edilib.

Rəsmi məlumata görə Səfərov və daha 11 nəfər məhz icra hakimiyyəti başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunur.

"Gəncə işi"nə görə həbs edilənlərin valideynləri övladlarının günahsız həbs edildiklərini və saxlandıqdan sonra işgəncələrə məruz qaldıqlarını bildirir.

XS
SM
MD
LG