Accessibility links

Vəbadan ölən yəmənli həkim epidemiyanı "fəlakət" adlandırırdı


Yəmənli həkim Məhəmməd Əbdül Muqni illərdir müharibənin getdiyi, dərman və tibbi təchizatın çatışmadığı ölkədə ölümcül vəbanın yayılmasını fəlakət adlandırırdı.

İki həftə sonra vəba xəstəliyi onun özünün də həyatına son qoydu.

Yəməndə vəba epidemiyası 2015-ci ildən,10 milyon insanı aclıq qarşısında qoyan münaqişənin başlamsından sonra üçüncü dəfədir baş qaldırır.

BMT-nin açıqladığı hesabata əsasən, Yəməndə "meşə yanğını sürəti ilə yayılan" vəba epidemiyası nəticəsində 110 min insan xəstəliyə yoluxub və son üç ayda 200 nəfərin həyatını itirib.

Əbdül Muqni Sənada gündə 120-dən 150-yə qədər xəstənin daxil olduğu xəstəxanada ishaldan müalicə mərkəzində işləyirdi.

Vəba nəticəsində ishal və bədəndə maye itkisi insanın bir neçə saat ərzində ölümünə səbəb ola bilər. İllərdir normal qidalanmayan uşaqlar və yaşlıların bu xəstəliyə tutulma ehtimalı daha yüksəkdir.

Paytaxt yaxınlığındakı Səbain xəstəxanasının ətrafında çadırlar və ayaqyolları salınıb.

Buraya gələnlərin çoxu böyrək çatışmazlığı və ya şok halında gətirilir ki, susuzluq və aclıq səbəbindən onların iynə yeritmək üçün damarlarını tapmaq mümkün olmur.

İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumətinə qarşı 4 ildir apardığı müharibə ölkənin səhiyyə sisteminə və iqtisadiyyatına böyük zərbə vurub. Bunun nəticəsində insanlar tibbi yardım almaq üçün uzaq məsafələri qət etmək məcburiyyətində qalıb.

Ölkədə on illər davam edən qeyri-sabitliyə qarşı üsyan 2014-cü ilin sonunda Husi qüvvələrinın prezident Əbd-Rəbbu Mənsur Hadi hökumətinin Sanadan çıxarılması ilə başladı. Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən Yəmən və ərəb qüvvələri Hadi hökumətini bərpa etmək üçün 2015-ci ilin mart ayında husilərə qarşı mübarizəyə qalxdı.

Korrupsiyaya qarşı inqilab etdiklərini deyən husilər isə Səna və əhalinin çox olduğu əksər bölgələrə nəzarət edir.

XS
SM
MD
LG