Accessibility links

Vəfa Nağı: Aktiv olmasaydım, seçkini saxtalaşdırardılar


Vəfa Nağı: Aktiv olmasaydım, seçkini saxtalaşdırardılar
please wait

No media source currently available

0:00 0:08:02 0:00

Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkiləri əvvəlkilərlə müqayisədə ictimaiyyətdə müəyyən maraqla izləndi. Bəzi müşahidəçilər buna səbəb gənc fəalların siyasi prosesə qoşulması ilə izah edirdilər. Onların sırasında Neftçala rayonunun Xolqaraqaşlı kənd bələdiyyəsinə seçilən Vəfa Nağı da var.

Əgər 100 nəfər insan gəlib mənə səs veribsə, onların bəlkə də yarısı bilmirdi, heç xəbərləri də yox idi ki, kənddə Vəfa Nağıyeva kimi bir qız var və o, qadınlar üçün iş yerləri açıb.

Vəfa Nağı deyir ki, o, seçki təbliğatı zamanı xeyli təzyiqlərlə üzləşməyinə baxmayaraq prosesi uğurla başa çatdıra bildi. Onun sözlərinə görə, onun seçki kampniyasını digər namizədlərdən fərqləndirən məqam onun kənddə meqafonla çıxış edərək, insanları görüşə dəvət etməsi oldu.

Seçki platformasından bəhs edən Vəfa Nağı insanlarla işləməyə, onların problemlərini açıq şəkildə müzakirə etməyə və insanlara heç vaxt məsafə qoymamağa prioritet verdiyini deyir. O bildirir ki, kənddə uzun zamandır problem olan yol məsələsinə həll yolu tapmağa çalışacaq və eyni zamanda sosial biznes, qadınlar üçün kiçik işyerlərinin açılması və sair məsələlərə diqqət çəkəcək.

“Əslində Azərbaycanda bələdiyyə üzvlüyü ya da bələdiyyə ümumiyyətlə çox limitli, yəni əlində səlahiyyətləri az olan orqandır və buna görə də insanlar buna qeyri ciddi yanaşır, səs verməyə gəlmək istəmirlər, onları heç nə maraqladırmır,” deyən Vəfa Nağı bildirir ki, bu səbəbdən də seçki zamanı saxta namizədlər ortaya çıxır.

Bələdiyyə üzvü seçilmədən öncə kiçik biznes sahibi olan Vəfa Nağı bələdiyyəyə seçiləndən sonra onu artıq daha çox insanın tanıdığını və insanların ona öz propblemləri ilə müraicət etdiklərini deyir.

“Əgər 100 nəfər insan gəlib mənə səs veribsə, onların bəlkə də yarısı bilmirdi, heç xəbərləri də yox idi ki, kənddə Vəfa Nağıyeva kimi bir qız var və o, qadınlar üçün iş yerləri açıb. İndi bələdiyyəyə seçiləndən sonra onlar artıq məni tanıyırlar. Və onlar öz problemlərini yazıb gətlirlər.”

Azərbaycan kəndləri və ümumilkdə cəmiyyətədə siyasi fəallığın aşağı olması məsələsinə də toxunan Vəfa Nağı bunun səbəbini insanların müəyyən qurumlara etibarlarının itməsi ilə izah edir.

Onun fikrincə əgər kənd sakini bələdiyyəyə inanmırsa, məhkəməyə və digər yüksək instansiyalı qrurumlara da inamını itirir və onların etibarları sarısılır.

“Onların siyasi aktivliyi zəifləyir, çünki onlar deyir ki, onsuz da seçkiyə getsək də, getməsək də kimsə seçiləcək. Burda bir insamsızlıq, etibarsızlıq var. Onlar etibar etmirlər artıq,” o bildirir.

Vəfa Nağı çox sayda saxtakarlıqlar və qanun pozuntularının müşahidə olunduğu bir seçkidə özünün qalib gəlməsini Azərbaycanda seçki şəffaflığı, ədalətliliyi üçün bir istisna kimi qiymətləndirir.

Onun sözlərinə görə, məntəqədəki bütün hadisələri ictimailəşdirməsi, sosial mediada paylaşımlar etməsi onun seçkidə qalib gəlməsinə gətirib çıxardı.

“Əgər mən aktiv olmasaydım, ya da ki, bütün bunları ictimailəşdirməsəydim, orda bizim müşahidəçilər canlı yayım etməsəydi başlanğıcdan sona qədər, məncə bu seçkidə də bir saxtalaşdırma ola bilərdi,” o deyir.

Şərhlərə bax

XS
SM
MD
LG