Accessibility links

Vəfa Nağı: Bələdiyyə sədri istefa verdi, onun hərəkətlərinə hüquqi qiymət verilməlidir


Neftçala rayon Xol Qaraqaşlı kənd (Bakıdan 174 kilometr cənub) bələdiyyəsinin ümumi iclası Elnur Səfərovu yeni bələdiyyə sədri seçib. Bundan öncəki bələdiyyə sədri Əlibala Səlimov xəstəlik səbəbindən istefa verdiyini bildirib.

Bu barədə Xol Qaraqaşlı bələdiyyəsinə seçilmiş Vəfa Nağı Amerikanın Səsinə bildirib.

Vəfa Nağı artıq bir ildən çoxdur ki, keçmiş sədr Əlibala Səlimovun qanunvericiliyin tələblərini pozması barədə hüquq mühafizə orqanları qarşısında məsələlər qaldırmaqdadır. Onunla Xol Qaraqaşlı bələdiyyəsinin keçmiş sədri arasında münasibətlər Vəfa Nağının bələdiyyə büdcəsinin icrası ilə bağlı hesabat tələb etməsindən sonra gərginləşib. Bundan sonra Xol Qaraqaşlı kəndində divarlara Vəfa Nağının çimərlik geyimində olan fotoları yapışdırılıb, onun nüfuzdan salınması üçün təbliğat aparılıb.

Vəfa Nağı və bir qrup kənd sakini keçmiş bələdiyyə sədrini qanunsuzluqlar etməkdə günahlandırır.

2020-ci il iyunun 19-da Vəfa Nağı kənd bələdiyyəsinin sədrinin rüşvət alması hallarının araşdırılması tələbi ilə Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edib.

O bildirib ki, bələdiyyə sədri otlaq sahələrini qanunsuz olaraq icarəyə verir, kənd sakinlərinə ev tikmək üçün nəzərdə tutulan torpaq sahələrini rüşvət müqabilində verir.

Səlimov isə Amerikanın Səsinə bildirib ki, Bələdiyyənin Ehtiyat Fondundan oğluna 9 hektar torpaq icarəyə verib. Səlimov, həmçinin rüşvətlə bağlı iddiarı əsassız sayır.

Bundan sonra Vəfa Nağı Xol Qaraqaşlı bələdiyyəsinin üzvlüyündən kənarlaşdırılıb. Yerli məhkəmə sakinlərin bələdiyyə seçkilərində gizli səsvermə yolu ilə bələdiyyə üzvü seçdiyi Vəfa Nağının şikayətini təmin etməyib. Aprelin 27-də onun şikayətinə Şirvan Apellyasiya Məhkəməsi baxacaq.

“Əlibala Səlimov bələdiyyə sədri olduğu 21 il ərizndə heç bir maliyyə hesabatı verməyib. Mənim üçün əsas odur ki, bu məsələ araşdırılmalı və hüquqi qiymət verilməlidir. Bununla bağlı yaxın günlərdə yenidən hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Qanunsuzluqlar cəzasız qalmamalıdır, obyektiv hüquqi qiymətini almalıdır,” Vəfa Nağı Amerikanın Səsinə bildirib.

Neftçala rayonunun Xol Qaraqaşlı bələdiyyəsi 1999-cu ildə yaradılıb.

Bələdiyyəyə Xol Qaraqaşlı, Mürsəqulu kəndləri daxildir. Bələdiyyə ərazisində 3441 nəfər yaşayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG