Accessibility links

Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib


Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Adil İsmayılov koronavirusdan vəfat edib.

Bu barədə məlumatı Vəkillər Kollegiyası təsdiqləyib.

Məlumata görə, vəkil dekabrın 2-də səhər saatlarında səhhətinin ağırlaşması nəticəsində dünyasını dəyişib.

Yaxınlarından hələlik vəkil barəsində detallı məlumat almaq mümkün olmayıb.

Adil İsmayılov Azərbaycanın tanınmış vəkillərindən biridir.

O,1955-ci ildə Bakı şəhərində doğulub. Əslən Tovuz rayonundandır. 1973-1978-ci illər arası Bakı Dövlət Universitetinin (keçmiş Azərbaycan Dövlət Universitetinin) hüquq fakültəsini bitib.

Sovet dönəmində prokurorluq orqanlarında müstəntiq kimi fəaliyyət göstərib. Həmin dövr bir neçə səsli-küylü cinayət işlərində də dövlət ittihamçısı olub.

O, uzun müddət bir sıra şəxslərin vəkili olub və məhkəmədə onların hüquqlarını müdafiə edib. Bundan əlavə siyasi məhbusların işini də məhkəmədə müdafiə edib.

Son zamanlar Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənovun vəkili olub.

Bundan 5 gün əvvəl isə digər vəkil Tahir Əlirzayev koronavirusdan vəfat edib. Əlirzayev bir müddət idi ki, xüsusi rejimli xəstəxanaların birində koronavirusdan müalicə olunurdu.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG