Accessibility links

Vəkil Adil İsmayılovun fəaliyyəti 1 illik dayandırılıb


Adil İsmayılov
Adil İsmayılov

Qərar Rəyasət Heyətinin sentyabrın 9-da keçirilən iclasında verilib

Vəkil Adil İsmayılovun fəaliyyətinin bir il müddətinə dayandırıldığı bildirilir.

Bu barədə məlumatı Vəkillər Kollegiyasından da təsdiq ediblər.

Qərar Rəyasət Heyətinin sentyabrın 9-da keçirilən iclasında verilib.

Açıqlamaya görə, bu qərar intizam icraatı çərçivəsində qəbul edilib.

Amma qurumdan intizam icraatının nədən ibarət olmasını deməyiblər.

Adil İsmayılov isə hələlik, rəsmi qərar açıqlanmayınca danışmaq istəmədiyini bildirib.

Son illər Azərbaycanda fəaliyyət göstərən bəzi vəkillər ya Vəkillər Kollegiyasından çıxarılıb, və ya fəaliyyətləri müddətli dayandırılıb.

Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir.

Vəkillər Kollegiyası bu iddiaları rədd edir.

Adil İsmayilov isə son zamanlar sosial şəbəkələrdə müdafiə etdiyi şəxslərlə bağlı keçmiş cinayət işlərinə aid bəzi paylaşımlar yayırdı. Həmin paylaşımların bir neçəsi qətl və adam oğurluqlarında ittiham edilən Daxili İşlər Nazirinin keçmiş zabiti, mərhum Hacı Məmmədovun işi ilə bağlı idi. Orada söhbət bəzi cinayətlərdən hüquq-mühafizə orqanlarının əvvəlcədən xəbərdar olmalarından bəhs edilirdi.

Həmin statuslara hüquq-mühafizə orqanlarından hər hansı münasibət bildirilməmişdi.

XS
SM
MD
LG