Accessibility links

Vəkil: Avropa Məhkəməsi Azərbaycanda toplaşmaq azadlığı və qanunsuz həbslərlə bağlı qərar qəbul edib


Avropa məhkəməsi
Avropa məhkəməsi

Məhkəmə bu gün 15 şikayət üzrə qərarını açıqlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi sentyabrın 5-də Azərbaycanla bağlı 13 şikayətçinin 15 şikayəti üzrə qərarını elan edib.

Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi saytında məlumat yayılıb.

Hökumət vaxtında müvafiq qərarlar qəbul etsə idi, hazırda Azərbaycana qarşı eyni pozuntular üzrə kütləvi qərarlar olmazdı.
Əsabəli Mustafayev, vəkil


Həsənov və başqaları Azərbaycana qarşı iş üzrə qərarda şikayətçilər Elçin Həsənov, Nazim Abbaslı, Fuad Hacıyev, Ruslan Nəsirli, Vüqar Rzayev, Razim Rzayev, İslam Həsənov, Mübariz Əbdülkərimov, Rauf Əbdürəhmanlı, Əli Abdullayev, Rafiq Cəlilov, Türkel Əlisoy, Saqif Qurbanovun adları var.

Şikayətçilər sərbəst toplaşmaq, ədalətli məhkəmə araşdırılması, toxunulmazlıq hüquqlarının pozulduğunu bildirib.

Avropa Məhkəməsi Konvensiyanın 5.1 (azadlıq və toxunulmaqlıq hüququ), 6.1, 6.3 (ədalətli məhkəmə araşdırılması hüququ), 11 (yığıncalar və birləşmək azadlığı) və bəzi şikayətlər üzrə 34-cü (fərdi şikayətlər) maddələrinin pozuntusunu tanıyıb.

Şikayətçilərə müvafiq olaraq 6000-12000 avro, məhkəmə xərclərinə görə 1000-2000 avro ödənilməsini müəyyən edib.

Əsabəli Mustafayev: Qərarlar sərbəst toplaşmaq, ədalətli məhkəmə hüququ ilə bağlıdır

Vəkil Əsabəli Mustafayev məhkəmə zalında
Vəkil Əsabəli Mustafayev məhkəmə zalında

Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə müsahibəsində bildirib ki, Avropa Məhkəməsinin qəbul etdiyi qərarların hamısı sərbəst toplaşmaq azadlığı, ədalətli məhkəmə hüququnun pozulması və qanunsuz həbslə bağlıdır.

Əsabəli Mustafayev: Qərarlar sərbəst toplaşmaq, ədalətli məhkəmə hüququ ilə bağlıdır
please wait

No media source currently available

0:00 0:03:33 0:00

“Qərarlarda Avropa İnsan Hüquqları Konvensiyasının 5.1, 5.2-ci (azadlıq və toxunulmaqlıq hüququ), 6.1, 6.3-cü (ədalətli məhkəmə araşdırlması hüququ) və 11-ci maddəsinin (yığıncalqar və birləşmək hüququ) pozuntusu müəyyən edilib,” vəkil qeyd edib.

Onun sözlərinə görə, Avropa Məhkəməsinin əvvəllər də belə qərarları olub.

“Güman edirdik ki, hökumət əvvəlki qərarlardan bir nəticə çıxarar, bu sahədə siyasətini liberallaşadırar. Bu həm də belə işlərə baxan məhkəmələrə və araşdırma aparan polis orqanlarına bir xəbədarlıqdır ki, işləri qanun çərçivəsində həll etmək lazımdır. Belə yanaşmaların olmamasıdır ki, Avropa Məhkəməsində Azərbaycana qarşı kütləvi pozuntular tanınır. Bu isə ölkənin beynəlxalq aləmdə mənfi cəhətdən tanınmasına şərait yaradır,” vəkil qeyd edib.

Mustafayevin müdafiə etdiyi 142 şikayət üzrə Avropa Məhkəməsi müsbət qərarlar qəbul edib.

“Bu işlərin əksəriyyəti sərbəst toplaşmaq azadlığı, ədalətli məhkəmə hüququnun pozulması və qanunsuz həbslərlə bağlıdır. Hökumət vaxtında müvafiq qərarlar qəbul etsə idi, hazırda Azərbaycana qarşı eyni pozuntular üzrə kütləvi qərarlar olmazdı,” vəkil deyib.

XS
SM
MD
LG