Accessibility links

Vəkil AXCP sədrinin həbsdə olan mühafizəçisi ilə görüşüb


Ruslan Əmirov

Bu gün, iyunun 1-də vəkil Bəhruz Bayramov Daxili İşlər Nazirliyinin (DİN) Bakının Binəqədi rayonunda yerləşən İnzibati qaydada həbs olunanların saxlanılma məntəqəsində AXCP fəalı, bu partiyanın sədrinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirovla görüşüb.

“Ruslan Əmirov mayın 28-də Bakının Qaradağ rayonunda polis postunda saxlanılıb. Qaradağ rayon Məhkəməsi hakim Kamran Əsədovun sədrliyi ilə Ruslan Əmirovu İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polisin qanuni tələbinə tabe olamama) ilə günahlı bilərək 15 sutka inzibati həbsə məhkum edilib. Hazırda onun səhhəti normaldır”, vəkil Amerikanın Səsinə deyib.

Vəkilin sözıərinə görə, Ruslan Əmirov Masallıdan Bakıya müalicəyə gələrkən saxlanılıb.

“O, mədəsində ağrılar hiss edib. Bu səbəbdən Bakıya müalicəyə gələrkən saxlanılıb,” Bayramov qeyd edib.

AXCP Əmirovun həbsini siyasi sifariş hesab edir.

“Bu həbs hökumətin ictimaiyyətə meydan oxuması, qanunvericiliyə riayət etməməsidir. Hökumət qəsdən siyasi vəziyyəti gərginləşdirmək istəyir,” AXCP sədrinin müavini Seymur Həzi bildirib.

Hazırda Əli Kərimlinin iki mühafizəçisi cinayət təqibi ilə, bir mühafizəçisi və köməkçisi inzibati qaydada həbsdədir.

AXCP-nin məlumatına görə, karantin rejimi dövründə bu partiyanın 26 fəalı inzibati qaydada, 3 fəalı cinayət təqibi ilə həbs edilib. Onlardan iki nəfəri karantin dövründə iki dəfə həbsə məruz qalıb.

Rəsmi qururmlar Ruslan Əmirovun həbsi ilə bağlı hələ məlumat yaymayıb. Bununla yanaşı, Daxili İşlər Nazirliyi karantin rejimi zamanı qanunvericiliyin tətbiqində ayrıseçkiliyə yol verilmədiyini bildirib.

XS
SM
MD
LG