Accessibility links

Vəkil Elçin Sadıqov piket keçirməyi planlaşdırır


Vəkillər Kollegiyası
Vəkillər Kollegiyası

Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Elçin Sadıqovun fərdi vəkil kimi fəaliyyətini dayandırıb. Onu Bakıdakı 14 saylı vəkil bürosuna keçirib. Rəyasət Heyəti həmçinin Sadıqova töhmət elan edib.

Elçin Sadıqov Azərbaycanda yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin hüquqlarını müdafiəsi ilə tanınır. O, Avropa İnsan Hüquqları Məhkəməsində çoxsaylı işləri udub. Elçin Sadıqov əvvəllər də vəkillik fəaliyyətinə görə tənbehlərlə qarşılaşıb.

O son aylarda Amnesty International tərəfindən vicdan məhbusu kimi tanınan müxalif siyasi xadim Tofiq Yaqublunun və iyulun 14-də Azərbaycan Ordusunu dəstək məqsədi ilə keçirilən aksiyada yaranan insident faktı ilə bağlı cinayət işi üzrə həbs edilən müxalifət fəallarının vəkilidir.

Elçin Sadıqov
Elçin Sadıqov

Elçin Sadıqov: Vəkillər Kollegiyasının qərarı qanunsuzdur

Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin ona qarşı qərarı qanunsuzdur.

Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcəm ki, Vəkillər Kollegiyasının və Prezident Administasiyasının binaları qarşısında vəkillərə təzyiqlərə son qoyulması tələbi ilə təkadamlıq piket keçirim.
Elçin Sadıqov, vəkil

"Vəkillər Kollegiyası ötən il fərdi vəkilliyin ləğvi ilə bağlı siyasət aparırdı. Ancaq, o şəxslərə fərdi vəkillik verilirdi ki, həmin şəxslər kollegiyanın rəhbərliyinin yaxın çevrəsidir. Ötən il mənim də fərdi vəkillik fəaliyyətimi ləğv etdilər və sonradan bərpa etdilər. Ona görə ki, bu, tamamilə qanunsuz idi. Dünən də bir intizam icraatına baxdılar. Hansı ki, həmin şikayəti də özləri təşkil etmişdilər. Məndən şikayəti təşkil etdirən Rəyasət Heyətinin üzvü, qarşı tərəfin vəkili Elçin Qəmbərov idi. Şikayətə dünən, sentyabrın 25-də baxıldı. Məhkəmənin və prokurorluğun əməlimdə pozuntu olmaması barədə qərarı olmasına baxmayaraq (qərarı sentyabrın 2-də Səbail rayon Məhkəməsi verib, 30 iyulda isə rayon prokuroru qərar qəbul edib ki, Sadıqovun əməlində qanunn pozuntusu yoxdur) Vəkillər Kollegiyası məni vəkil etikasını pozmaqda təqsirli bildi. Bu tamamilə əsassız idi. Hesab edirəm ki, bu şikayəti Vəkillər Kollegiyası təşkil etmişdi. Eyni zamanda, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 22-ci maddəsinin 3-cü hissəsinə görə pozuntu törədildiyi andan bir il müddətində tətbiq oluna bilər. İntizam icraatı isə altı ay ərzində davam edə bilər. Mənimlə bağlı intizam icraatı yanvarın 15-də başlayıb. Doqquz ay on gündən sonra qərar qəbul olundu. Bu da tamamilə qanunsuzdur. Məni ötən ilin may ayının 14-də olanlara görə təqsirli bildilər, halbuki bir il dörd aydan çox müddət keçib. Məni təqsirli bilə biməzdilər. Məhkəmənin qərarı ilə yanaşı qanuna hörmət qoyub məni təqsirli bilə bilməzdilər,” vəkil qeyd edib.

Elçin Sadıqov: Vəkillər Kollegiyasının qərarı qanunsuzdur
please wait

No media source currently available

0:00 0:04:37 0:00

O 14 saylı vəkil bürosuna keçirilməsi ilə bağlı qərara münasibət bildirərkən deyib ki, Vəkillər Kollegiyası onun razılığı olmadan qərar qəbul edib.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Elçin Sadıqov
Elçin Sadıqov

“Sanki hərbi xidmətdəyik kimi mənim razılığım olmadan kollegiya cəza tədbiri kimi qanunsuz olaraq məni 14 saylı büroya keçirdi. Halbuki intizam tənbehləri tədbirində belə bir köçürmə nəzərdə tutulmayıb və ola da bilməz. Qanunun 5-ci maddəsinə görə, hər bir vəkil öz fəaliyyətini necə həyata keirəcəyini özü sərbəst seçir. Mənə də bir dəfə icazə verilib. Bu icazə isə mənim razılığım olmadan ləğv oluna bilməz,“ Sadıqov bildirib.

O kollegiyanın qərarının səbəblərindən danışarkən deyib ki, bu onun "siyasi həbslərdə müdafiəçi kimi fəaliyyəti" ilə bağlıdır.

“Mən siyasi həbslər zamanı qeyri-iş günlərində və saatlarında müdafiəni həyata keçirirəm. İstəyirlər ki, mən siyasi həbslər zamanı insanları müdafiə edə bilməyim. Ümumiyyətlə, kollegiya istəyir ki, fərdi vəkillik fəaliyyəti ləğv olunsun, insanların istədikləri vaxt vəkilə əl çatımlılığı olmasın. Dövlət tərəfindən təyin edilmiş vəkillə istintaq orqanları öz qanunsuz hərəkətlərini davam etdirsin.”

Elçin Sadıqov gələn həftənin əvvəlində "qanunsuzluğun aradan qaldırılması üçün" ölkə rəhbərinə müraciət edəcək. Daha sonra, o beynəlxalq təşkilatlara və səfirliklərə müracət etməyi planlaşdırır.

“Həmçinin Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcəm ki, Vəkillər Kollegiyasının və Prezident Administasiyasının binaları qarşısında vəkillərə təzyiqlərə son qoyulması tələbi ilə təkadamlıq piket keçirim. Öz müdafiəmi davam etdirəcəm,” Sadıqov Amerikanın Səsinə müsahibısində bildirib.

Anar Bağırov
Anar Bağırov

Anar Bağırov: Elçin Sadıqovun fərdi vəkil kimi fəaliyyətində çoxlu qüsurlar var

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Amerikanın Səsinə bildirib ki, Elçin Sadıqovun fərdi vəkillik fəaliyyətinin dayandırılması ilə bağlı qərar ötən il qəbul edilib.

İndi elə hesab edirik ki, o fərdi vəkil kimi fəaliyyət göstərə bilməz. Sənədləri düzgün tərtib etmir. Götürür order tərtib edir, ondan sonra müqavilə bağlayır.
Anar Bağırov, Vəkillər Kollegiyasının sədri

“Elçin Sadıqovun fərdi vəkillik fəaliyətinin dayandırılması ilə bağlı dünən qərar qəbul edilməyib. Qərar ötən il verilmişdi. Sadəcə olaraq ona möhlət verilmişdi, o möhlət aradan qalxdı. Qərar 2019-cu ildə qəbul edilib. Elçin Sadıqov da onu gözəl bilir. Sadıqov möhlət istəmişdi və o möhlətə əsasən qərarın icrasını bu günə saxladıq. İndi elə hesab edirik ki, o fərdi vəkil kimi fəaliyyət göstərə bilməz. Sənədləri düzgün tərtib etmir. Götürür order tərtib edir, ondan sonra müqavilə bağlayır. Kobud qanun pozuntularıdır. Çox təəssüf ki, fərdi vəkil kimi onun fəaliyyətində çoxlu qüsurlar var. Məncə o, büro çərçivəsində fəaliyyət göstərə bilər,” o qeyd edib.

Kollegiyanın sədri deyib ki, Elçin Sadıqov Göygöl rayonunda fəaliyyət göstərən vəkildir.

“Amma, o, Göygöldə fəaliyyət göstərmir, Bakı şəhərində fəaliyyət göstərir. Biz nəyə görə özümüz-özümüzü aldatmalıyıq. Sən, əgər Bakıda işləyirsənsə gəl Bakıda fəaliyyət göstər. Sən məgər Göygöldə vətəndaşlara hüquqi yardım göstərirsən? Qoy, bir dənə iş göstərsin ki, Göygöldə dövlət hesabına hüquqi yardım göstərib? Bu olmayıb.”

Anar Bağırov: Elçin Sadıqovun fərdi vəkil kimi fəaliyyətində çoxlu qüsurlar var
please wait

No media source currently available

0:00 0:03:40 0:00

Bağırov vəkilin konkret olaraq bir iş üzrə fərdi vəkillik fəaliyyətini qüsurlu həyata keçirdiyin deyib.

“Bu iş üzrə o əvvəlcə order verib, sonra müqavilə bağlayıb. Bu əksinə olmalıdır. Bu gün order verib, bir neçə gün sonra müqavilə bağlayıb. Ondan sonra qarşı tərəf bunun adına etibarnamə verib. Bilə-bilə etibarnamənin ləğvini tələb etməyib. Aydın məsələdir onun müştərisi də bunu biləndə çox hirslənib və kollegiyaya şikayət edib ki, necə olur ki, mənim vəkilim həm məni müdafiə edir, həm də qarşı tərəfə hüquqi yardım göstərir,” Vəkillər Kollegiyasının sədri deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG