Accessibility links

Vəkil Elçin Sadıqov təhdid edildiyini deyir


Elçin Sadıqov məsələ ilə bağlı ölkə rəhbərliyinə yazılı şikayət edəcəyini deyir

Vəkil Elçin Sadıqov “Xebermen.com” və “Press.az” saytlarının rəhbəri Polad Aslanovun huquqlarını müdafiə etdiyinə görə istintaq rəhbərliyi tərəfindən hədə və təhdidlərə məruz qaldığını deyir. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır.

Bu barədə vəkil Elçin Sadıqovun açıqlamasında deyilir.

“Əvvəlcə jurnalist Polad Aslanovu müdafiə etməməyim üçün xəbərdarlıq olundum. Onun yenidən dindirilməsi barəsində vəsatət qaldırdıqdan sonra bu gün istintaqın rəhbərliyi məni hədələdi və təhdid etdi.”

Elçin Sadıqov məsələ ilə bağlı ölkə rəhbərliyinə yazılı şikayət edəcəyini, vəkilin müstəqilliyinin və təhlükəsiz fəaliyyətinin təmin olunması üçün göstəriş verilməsini istəyəcəyini söyləyib.

Polad Aslanov iyunun 12-də Dövlət Təhlükəızliyi Xidməti tərəfindən saxlanılıb. Növbəti gün məhkəmə ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə əlaqədar onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Yerli və beynəlxalq təşkilatlar Polad Aslanova qarşı cinayət təqibini pisləyir və hesab edirlər ki, onun həbsi jurnalist fəaliyyəti ilə bağlıdır.

Bu məsələ ilə bağlı hələlik hüquq-mühafizə orqanlarından vəkilin iddialarına münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG