Accessibility links

Vəkil: Eldar Həsənov növbəti məhkəmə iclaslarında həbsində maraqlı olan şəxslərin adını açıqlaya bilər


Vəkil: Eldar Həsənov növbəti məhkəmə iclaslarında həbsində maraqlı olan şəxslərin adını açıqlaya bilər
please wait

No media source currently available

0:00 0:04:07 0:00

Sentyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçmiş baş prokuror və səfir Eldar Həsənovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı sentyabrın 9-na təyin edilib.

Əvvəllər olduğu kimi, məhkəmə zalına yalnız hakimiyyətyönümlü KİV-lər buraxılıb, onların çəkiliş aparmasına icazə verilib.

Vəkillər buna etiraz edərək, digər jurnalistlərə də şərait yaratmağa çağırıblar. Bundan başqa, müdafiə tərəfi prosessual pozuntular olduğunu və Həsənova iş materialları ilə tanış olmaq üçün kifayət qədər vaxt verilmədiyini qeyd edib. Amma məhkəmə vəsatətləri təmin etməyib və Həsənovun şüşə qəfəsdən çıxarılıb vəkillərinin yanına oturdulması barədə vəsatətə baxmayıb.

Cavad Cavadov
Cavad Cavadov

Həsənov özü bildirib ki, 7 cərrahi əməliyyat keçirmiş şəxs olaraq həbsdə ona lazımi tibbi yardım göstərilməyib. O, ona qarşı ittihamın əsassız olduğunu və işin “bir qrup şəxsin” təşəbbüsü ilə açıldığını təkrar edib.

O deyib ki, İlham Əliyevdən ədalət, məhkəmədən isə ədalətli qərar gözləyir. Bundan sonra hakim bütün jurnalistləri zaldan çıxarıb.

Vəkil Cavad Cavadov Amerikanın Səsinə müsahibəsində deyib ki, Eldar Həsənov növbəti məhkəmə iclaslarında həbsində maraqlı olan şəxslərin adını açıqlaya bilər.

“Həmin şəxslər müxalifətdə olanlar deyil. Maraqlı şəxslər hakimiyyətdə yüksək vəzifə tuturlar. Mən onlardan yalnız birinin adını bilirəm. Eldar Həsənov onların adlarını özü açıqlaya bilər,” vəkil qeyd edib.

Məhkəmə prosesində Həsənovun vəziyyətinin pisləşməsi ilə əlaqədar fasilə də elan edilib. Bunu vəkillər də təsdiq edib.

Adəm Məmmədov
Adəm Məmmədov

Vəkil Adəm Məmmədov məhkəməyə yalnız iqtidaqryönümlü medianın buraxılmasına etiraz edib.

"Bu, məhkəmənin informasiya monopoliyasına alınması və qapalı keçirilməsi üçün əsas yaradır," o qeyd edib.

Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və büdcə vəsaitindən təyinatı üzrə istifadə etməməkdə şübhəli bilinərək saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz əldə edilmiş vəsaitin leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.1. (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Həsənov 2010-2020-ci illər ərzində Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda səfiri vəzifələrində işləyərkən büdcə vəsaitini mənimsəməkdə və oğurlamaqda ittiham olunur. Söhbət səfirlik binalarının alınması və təmir işlərinin həyata keçirilməsi zamanı ümumilikdə 180 min avrodan çox vəsaitin mənimsənilməsindən gedir.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG