Accessibility links

Vəkil hökuməti BMT-nin İşçi Qrupunun Hüseyn Abdullayevin azad edilməsi ilə bağlı qərarının icrasına çağırır


Azərbaycan Milli Məclisinin keçmiş deputat Hüseyn Abdullayev barəsində BMT-nin Qanunsuz həbslərlə bağlı İşçi Qrupunun qərarı icra edilmir.

Bu barədə vəkili Cavad Cavadov bildirib.

“2020-ci ilin avqustunda BMT-nin Qanunsuz həbslərlə bağlı İşçi Qrupu Abdullayevin dərhal həbsdən azad edilməsi barədə qərar verib. O, 18 ay istintaq təcridxanasında təkadamlıq kamerada saxlanılıb, ailə üzvləri ilə görüş və telefon danışığı imkanından məhrum edilib.

Bu, həmçinin hüquqlarına riayət olunması tələbi ilə keçirdiyi aclıq aksiyası sabiq deputatın sağlamlığını korlayıb. Belə ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində Abdullayevə üçüncü dərəcəli hipertoniya, asteno-nevrotik vəziyyət, babasil, prostat vəzin adenoması diaqnozu qoyulub.

Həbsxanada bu xəstəliklərin müalicəsi mümkün olmadığına görə Abdullayevin ölüm riski böyükdür,” vəkil qeyd edir.

O, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin Abdullayevin şərti cəzaya məhkum edilməsi barədə 18 may 2007-ci il tarixli hökmündən verilmiş şikayət üzrə qərarının icra edilmədiyini qeyd edib. Bu hökm Hərbi Məhkəmənin 1 oktyabr 2019-cu il tarixli qərarı ilə verilmiş ikinci cəza ilə birləşdirilib.

Vəkil hakimiyyəti bu qərarları icra etməyə və Abdullayevi azad etməyə çağırıb.

Hüseyn Abdullayev 1990-cı illərdə neft və neft məhsulları üzrə biznes sahəsində qabaqcıl mövqelər tutub. Onun tərəfdarlarının müxalifətin etirazlarının dağıdılmasında iştirak etdiyi bildirilir.

2005-ci ildə Abdullayev parlamentin deputatı kimi fəaliyyətə başlayıb və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ildə parlamentin plenar iclasında hakimiyyətyönümlü deputat Fəzail Ağamalı ilə Abdullayev arasında fiziki qarşıdurma olub. Bundan sonra Abdullayev cəzalandırılıb. O, əvvəlcə həbs edilib, daha sonra xuliqanlığa görə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü ildə Abdullayev Azərbaycandan mühacirət edib. Bir müddət sonra ona qarşı vergi ittihamı ilə cinayət işi açılıb.

Almaniyada yaşayarkən Abdullayev kütləvi etirazlara çağırış yer alan bir sıra mahnılar bəstələyib və sosial şəbəkələrdə yayıb. 2018-ci il aprelin 22-də o, Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib. Bakıda o, Cinayət Məcəlləsinin 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 178.2.1 (fırıldaqçılıq), 178.2.2, 178.2.4 (fırıldaqçılıq), 182.2.1 (əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən hədələmə yolu ilə pul tələb etmə), 182.2.2 (eyni əməllər təkrarən törədildikdə) və 182.2.4-cü (eyni əməllər, zərərçəkmişə böyük ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilib. Bundan sonra o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG