Accessibility links

Vəkil: Jurnalist Əfqan Sadıqov həbs edilib


Əfqan Sadıqov
Əfqan Sadıqov

Mayın 13-də Azel.tv saytının rəhbəri Əfqan Sadıqov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib.

"Jurnalistin həbs edildiyini Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təsdiq etdilər. Ancaq Sadıqovun nədə günahlandırıldığı barədə mənə məlumat vermədilər,” vəkil qeyd edib.

Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Facebook səhifəsində yazıb ki, jurnalist bu gün saxlanılıb və sonra yaşadıqları evdə axtarış keçirilib.

“Mənim telefonumu və kompüterimi qanunsuz olaraq apardılar. Bəli, mən bunu qanunsuz hesab edirəm. Əfqanı korrupsiyada ittiham edirlər, amma yaşadığı evdən 30 manat pul çıxdı. Bu həbs təsadüfi deyil və sifarişçiləri bəllidir. Daha sonra Əfqana məxsus əlyazmaları götürdülər. Yazıçı və jurnalist yazar da..., burada təəccüblü nə ola bilər. Əfqan tənqidi yazıları və çıxışları ilə hər zaman hədəfdə olub,” o qeyd edib.

Rəsmi qurumlar jurnalsitin həbsi ilə bağlı hələ məlumat yaymayıb.

Əfqan Sadıqov bundan öncə Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi İttiham qaydasında məhkəməyə verilib. Mayın 15-də Cəlilabad rayon Məhkəməsində hakim Elxan Əmirəliyevin sədrliyi ilə məhkəmə baxışı təyin edilib.

Jurnalist Əfqan Sadıqov kəskin tənqidi yazıları və araşdırmaları ilə tanınıb.

Jurnalist 2016-cı il noyabrın 22-də həbs edilib. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunuraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan jurnalistin cəzası 1 il azaldılıb.

O sonradan bir neçə dəfə müxtəlif müddətlərdə inzibati qaydada həbs edilib.

Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Sadıqov yerli hüquq müdafiəçiləri tərəfindən əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG