Accessibility links

Vəkil: Karantin qaydalarına əməl edilməsi şərti ilə jurnalistlərin məhkəmə iclaslarını izləməsi təmin edilməlidir


Karantin rejiminin yumşaldılmasına və məhkəmələrin fəaliyyətinin bərpa olunmasına baxmayaraq, jurnalistlərə açıq məhkəmə proseslərini izləməyə imkan verilmir. Məhkəmə işçiləri bunu sosial məsafəyə riayət olunmasının vacibliyi ilə əsaslandırır.

Jurnalistlər iyunun 17-də Nərimanov Rayon Məhkəməsində AXCP fəalı Paşa Umudovun, Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Polad Aslanovun, fəal Rüstəm İsmayılbəylinin və digərlərinin işi üzrə prosesə buraxılmayıblar.

Karantin rejimi açıq məhkəmə prinsipinin pozulmasına mane ola bilməz.
Fəxrəddin Mehdiyev, vəkil

Ədliyyə Nazirliyinin mətbuat xidməti şərh verməyərək bunun məhkəmələrin işini təşkil edən qurumun səlahiyyətinə aid olmaması ilə əsaslandırıblar.

Ədliyyə Nazirliyindən şərh üçün bütün məhkəmələrdə iştirak edən “hakim-spikerlərə” müraciət etməyi məsləhət görüb.

Ekspertlər jurnalistlərin açıq məhkəmə iclaslarını izləməyə buraxılmamasını məhkəmə araşdırmasının aşkarlıq prinsipinin pozulması kimi qiymətləndirir.

“Bütün hallarda karantin rejimi açıq məhkəmə prinsipinin pozulmasına mane ola bilməz. Açıq məhkəmə ədalətli məhkəmə araşdırlmasının əsasını təmin edir. İctimaiyyət məhkəmə araşdılması ilə bağlı məlumatlandırlmalıdır. Bütün bunları nəzərə alınaraq jurnalistlərin karantin qaydalarına əməl etməsi şərti ilə açıq məhkəmə iclaslarını izləməsi təmin edilməlidir,” vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG