Accessibility links

Vəkil müvəkkili ilə görüşə buraxılmadığını bildirir


Nemət Kərimli

Azərbaycanda vəkil Nemət Kərimli müvəkkili Məlik Rzayevin taleyinə görə narahatdır, belə ki, vəkil həbsdə olan şəxsin yanına buraxılmadığını bildirir.

Rzayev son illər Almaniyada yaşayıb və orada Azərbaycandakı siyasi məhbusların müdafiəsinə həsr olunmuş aksiyalarda iştirak edib. Bu ilin iyununda o, deportasiya olunub, oktyabrın sonlarında isə böyük miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.

Vəkil Nemət Kərimlinin Ameirkanın Səsinə deyib ki, o, noyabrın 1-də Rzayevin müdafiəsinə qoşulub.

"Elə həmin gün mən Rzayevin işini araşdıran müstəntiqə order təqdim etdim ki, o, müvəkkilimlə görüş üçün mənə məktub versin," Kərimli bildirib.

Amma bunun adi prosedur olmasına baxmayaraq, məktub ona yalnız noyabrın 3-də verilib.

Noyabrın 4-də vəkil Şüvəlan İstintaq Təcridxanasına göndərilib.

Amma orada ona bildiriblər ki, Rzayev Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına (MST) aparılıb.

Noyabrın 5-də Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına vəkilə bildiriblər ki, Rzayev Şüvəlan İstintaq Təcridxanasına qaytarılıb.

Vəkil oraya müraciət etdikdə isə bu dəfə ona Rzayevin yenidən Sumqayıt Polis İdarəsinə aparıldığını deyiblər.

Vəkil qeyd edib ki, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxs istintaq təcridxanasından yalnız müstəntiqin vəsatəti əsasında və ya prokurorun qərarı ilə hara isə aparıla bilər.

Vəkilə bu qərarlar və müvəkkilinin yerinin dəyişdirilməsinin məqsədləri haqqında məlumat verilmirsə və onunla görüş verilmirsə, bu, qanun pozuntusudur,” Kərimli belə hesab edir.

Kərimli qeyd edib ki, Rzayevin taleyinə görə narahatdır.

Belə ki, daha əvvəl onun, demək olar ki, Rzayevlə eyni vaxtda həbs edilmiş və Almaniyadan deportasiya olunmuş digər müvəkkili Mütəllim Orucov saxlanıldıqdan sonra işgəncələrə məruz qaldığından şikayət edib.

Bununla bağlı rəsmi qurumlar hələ şərh verməyib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG