Accessibility links

Vəkil: “Mehman Hüseynov aclıq aksiyasını maye süd məhsulları içməklə davam etdirəcəyini deyib”


Mehman Hüseynova dəstək
Mehman Hüseynova dəstək

“Yanvarın 10-da günün ikinci yarısında Mehman Hüseynovla görüşüm olub. O mənə hər hansı müraciətinin olacağı və ya müraciətini yaymağımla bağlı heç nə deməyib. Mehman Hüseynov aclıq aksiyasını maye süd məhsulları içməklə davam etdirəcəyini deyib.” Bu barədə vəkil Şəhla Hümbətova Amerikanın Səsınə report.az saytında Mehman Hüseynovun adından yayılan müraciətə münasibət bildirərkən deyib.

Şəhla Hümbətova
Şəhla Hümbətova

Mehman Hüseynovun ailə üzvləri də yanavrın 10-da onunla görüşmədiyini bildirib.

Report agentliyi Mehman Hüseynovun yanvarın 10-da imzaladığı qeyd edilmiş müraciət yayıb.

Müraciətdə deyilir: “Artıq 22 aydır ki, həbsdə cəza çəkirəm. Və cəza çəkdiyim müddət ərzində çalışmışam ki, hərəkətlərim və davranışlarımla heç kəsin xətrinə dəyəcək bir şeylər etməyim. İndiki müraciətimin də kimlərinsə əhvalını pozmasını istəməzdim.

Mehmanın səhvsiz yazı yazdığından, qurulan cümlələrdən şokdayam. Əlbəttə ehtimal var ki, bu onun cümlələri deyil. Xədicə İsmayıl

Bu yaxınlarda yaxınlarımdan mənə daxil olan məlumata görə, gecə saatlarında sosial şəbəkə istifadəçilərindən bir nəfər mənim vəziyyətimin kritik hala düşdüyünü və Müalicə Müəssisəsinə təcili aparılmağımla bağlı həqiqətə uyğun olmayan status paylaşmışdı. Bu məlumat mənim atamın və yaxınlarımın ciddi narahatlığına səbəb olmuşdur. Hesab edirəm ki, hər kəs həm etdiyi hərəkət, həm yazdığı yazının məsuliyyətini özü daşımalıdır. Lakin insanların hissiyyatı hər zaman nəzərə alınmalıdır. Bir məsələni də qeyd etmək istərdim ki, mən də nə doğma qardaşım Emin, nə məni istəyən və yaxud istəməyən insanların elədiklərinə görə məsuliyyət daşımıram. Məni istəyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, ayaqdayam, qida qəbul edirəm, aclıq aksiyasından sonra bərpa olunuram. Barəmdə aparılan cinayət işinin ədalətli olacağını gözləyirəm. Əvvəlcədən sizə mənim müraciətimi yaydığınıza görə, öz minnətdarlığımı bildirirəm”.

Mehman Hüseynovun təqdim etdiyi kimi bildirilən müraciətin foto-surəti (Foto report.az saytınından götürülüb)
Mehman Hüseynovun təqdim etdiyi kimi bildirilən müraciətin foto-surəti (Foto report.az saytınından götürülüb)

Mehman Hüseynovla dostluq edən şəxslər də fofo-surəti report.a zsaytında dərv olunmuş müraciətin Mehman Hüseynova aid olduğuna inamır.

“Cəzaçəkmə müəssisəsində Azərbaycan dili qrammatikasını uğurla tədris edirlərmiş. Mehman Hüseynov da səhvsiz yazmağı öyrənib. Onun adından yayılan məktuba baxıram, Mehmanın səhvsiz yazı yazdığından, qurulan cümlələrdən şokdayam. Əlbəttə ehtimal var ki, bu onun cümlələri deyil, amma heç bizim hökumət saxtakarlıq edərmi?” Xədicə İsmayıl facebook səhifəsində ironiya ilə yazıb.

Rəsmi məlumata görə, bloger dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Mehman Hüseynov ittihamı rədd edir. O etiraz olaraq həmin gündən quru aclığa başlayıb. Sonrakı günlərdə ailəsinin xahişi ilə o maye qəbul etsə də qida qəbulundan hələ də imtina edir.

Mehman Hüseynovun aclıq aksiyası ictimaiyyət tərəfindən də dəstəklənir. ABŞ senatoru Marko Rubio, ATƏT-in və Avropa Şurasının media azadlığı üzrə komissarları, Avropa Şurası Paplament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri, Fransa Xarici İşlər Nazirliyi, Böyük Britaniya parlamentinin üzvü, çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Mehman Hüseynovu azadlığa buraxmağa çağırıb.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

XS
SM
MD
LG