Accessibility links

Vəkil: Saleh Rüstəmli 17 kiloqram arıqlayıb


Həbsdə 32 gündür aclıq keçirən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin səhhəti ağır olaraq qalır. O, artıq güclə hərəkət edir, baş gicəllənmələri var, görmə qabiliyyətində problemlər yaranıb. Rüstəmli 17 kiloqram arıqlayıb, çəkisi 69 kiloqramdan 52 kiloqrama düşüb.

Vəkil: Saleh Rüstəmli 17 kiloqran arıqlayıb
please wait

No media source currently available

0:00 0:01:29 0:00

Bu barədə vəkil Bəhruz Bayramov bu gün, dekabrın 7-də Amerikanın Səsinə müsahibəsində bildirib.

Vəkil Rüstəmlinin aclığı sonadək davam etdirmək qərarında olduğunu deyib.

“Bu gün də aclığı dayandırması üçün ona israrlı müraciət etdim. Lakin o, aclığı sonadək davam etdirəcəyini bildirdi.”

Bayramovun dediyinə görə, Rüstəmli həkim nəzarətindədir.

“Ondan həftənin şənbə günü analizlər götürülüb. Bu gün həkimlər yenidən analiz götürdü. Bu gün daxili orqanlarını ultrasəs müayinəsindən də keçiriblər.”

Dekabrın 6-da vəkillər Bəhruz Bayramov və Aqil Layıc Rüstəmlinin sağlamlıq durumui ilə əlaqədar həbs cəzasının qalan hissəsindən azad edilməsi barədə Bakının Nizami rayon Məhkəməsinə müraciət edib.

Müdafiə tərəfi Cinayət Məcəlləsinin məhbusun ağır xəstəliyi ilə əlaqədar məhkəmə qərarı ilə cəzadan azad edilməsini nəzərdə tutan 78.2-ci maddəsinə istinad edib.

Rüstəmli böyrək çatışmazlığından əziyyət çəkir, bundan başqa uzun müddət aclıq etməsi onun sağlamlığına mənfi təsirlər göstərib.

Qanunvericiliyə görə, məhkəmə 10 gün ərzində ərizəni icraata götürüb-götürməməsi barədə qərar qəbul etməlidir.

“Lakin məhkəmə tez də qərar qəbul edə bilər. Amma hələ müraciətimizlə bağlı cavab verməyiblər,” o qeyd edib.

Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsi müdafiə tərəfinin müraciəti əsasında məhkəmənin Reqlamentinin Rüstəmliyə münasibətdə müvəqqəti tədbirlərin görülməsi haqqında 39-cu qaydasının mexanizmini işə salıb.

Vəkillər Strasburq Məhkəməsinə müraciətlərində uzun müddət davam edən aclıq aksiyası nəticəsində Rüstəmlinin komaya düşməsi təhlükəsini və səmərəli tibbi yardımın təmin edilməsi üçün onun həbsxana hospitalından mülki klinikaya köçürülməsi zərurətini qeyd ediblər.

Layıcın sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi Rüstəmlinin sağlamlığı ilə bağlı qaldırdığı suallara cavab vermək üçün hökumətə dekabrın 10-na qədər vaxt verib.

Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamı ilə tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılıblar.

AXCP ittihami təkzib edib və siyasi sifariş adlandırıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onların heç biri məhkəmədə ittihamları qəbul etməyib. Babək Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG