Accessibility links

Vəkil: Saleh Rüstəmli noyabrın 26-dan quru aclığa keçəcək


Vəkil Bəhruz Bayramov noyabrın 23-də həbsxanada 18 gündür aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstımli ilə görüşündən sonra Amerikanın Səsinə müsahibəsində bildirib ki, Rüstəmlinin vəziyyəti kritikdir.

Rüstəmli güclə yeriyir, danışıq tərzini itirib. Qırıq-qırıq danışır, danışığı başa düşülmür.
Bəhruz Bayramov, vəkil

“Mən onunla şüşə arxasından telefonla danışdım. O, cəmi 7-8 dəqiqə danışa bildi. Rüstəmli güclə yeriyir, danışıq tərzini itirib. Qırıq-qırıq danışır, danışığı başa düşülmür. Baş həkim müayinə edib və deyib ki, vəziyyəti yaxşı deyil, məcburi müdaxilə ediləcək, qida qəbul etdiriləcək. Bu zaman Rüstəmli qəti etiraz bildirib. O, noyabrın 26-dan quru aclığa keçəcəyini, maye qəbul etməyəcəyini bildirdi,” vəkil qeyd edib.

Vəkil: Saleh Rüstəmli noyabrın 26-dan quru aclığa keçəcək
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Saleh Rüstəmli vəkili vasitəsi ilə onu müdafiə edən şəxslərə, təşkilatlara, mediaya minnətdarlıq bildirib.

Vəkilin dediklərinə Ədliyyə Nazirliyindən və Penitensiar Xidmətinin Müalicə Müəssisəindən şərh almaq mümkün olmayıb.

Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

AXCP ittihami təkzib edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onların hamısı məhkəmədə ittihamları qəbul etməyib. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG