Accessibility links

Vəkil : Tofiq Yaqublu qida qəbul etmir, gözləri çox dərinə düşüb


Tofiq Yaqublu
Tofiq Yaqublu

Azərbaycanın müxalif siyasi xadim Tofiq Yaqublu artıq 13-cü gündür aclıq edir. Onun aclıq aksiyasına başlamasına səbəb həbsi barədə məhkəmə hökmüdür.

Sentyabrın 14-də isə vəkil Elçin Sadıqov iki gün əvvəl "City Hospital" adlı özəl xəstəxanaya gətirilən Tofiq Yaqublu ilə görüşüb. Görüşdən çıxan vəkil T.Yaqublunun qızı Nigar Həziyə məlumat verib.

" Elçin bəy dedi ki, Tofiq Yaqublu uzanıqlıydı və halı yoxdu qalxmağa. Qida qəbul etmir, gözləri çox dərinə düşüb. Təzyiqi düşübmüş, sonra tənzimləyiblər. "deyə N.Həzi deyib

N.Həzi deyib ki, o da atası ilə görüşmək istəyir .O atasının səhhətindən və təhlükəsizliyindən arahatdır.

Tofiq Yaqublunun digər vəkilləri Nemət Kərimli və Aqil Layıc isə "City Hospital"da onunla görüşü buraxılmayıb.

Vəkil : Tofiq Yaqublu qida qəbul etmir, gözləri çox dərinə düşüb
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Xəstəxananın önünə T.Yaqublunu müdafiə etdiklərini bildirən bəzi şəxslər də yığışıb. Onlar əllərindəvə ağızlarında Tofiq Yaqubluya azadlıq şüarı var idi.

"Tofiq Yaqublunun səhhəti stabildir. Hazırda müəyyən dəstək müalicəsi gedir, hər hansı ağırlaşma, fəsad yoxdur".

Bunu sentyabrın 14-də tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onunsözlərinəgörə, T.Yaqubluya qida preparatları tətbiq olunmur:

"Amma o situasiya həyat üçün təhlükə təşkil edir, ona qarşı müalicə var. İctimaiyyətə sözüm budur ki, narahat olmasınlar, hər halda Tofiq Yaqublu daha etibarlı yerdədir".

Hələlik, Penitensiar Xidmətdən və Ombudsman aparatından münasibət almaq mümkün olmayıb.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.

XS
SM
MD
LG