Accessibility links

Vəkili həbsdə olan satirik şair Tofiq Həsənli ilə görüşüb


Tofiq Həsənli (Foto Tofiq Həsənlinin Facebook səhifəsindən götürülüb)

Bu gün, avqustun 29-da vəkil Elçin Sadıqov həbsdə olan satirik şair Tofiq Həsənli ilə görüşüb.

Elçin Sadıqovun bildiriyinə görə, satirik şair hər kəsə, xüsusilə ad günü münasibətilə onu xatırlayıb təbrik edənlərə salam göndərib.

Bu gün, avqustun 29-da Tofiq Həsənlinin 48 yaşı tamam olur.

Tofiq Həsənli 2015-ci ilin oktyabrında saxlanıb.

2016-cı il avqustun 22-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, ittihamları qəbul etmir, həbsini tənqidi şerləri ilə izah edir.

Tofiq Həsənli iqtidarı və vəzifəli şəxsləri tənqid edən şeirləri ilə diqqət çəkib. Buna qədər şair bir dəfə də, 2005-ci ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. 2007-ci ildə Amnistiya Aktı əsasında azadlığa buraxılıb.

XS
SM
MD
LG