Accessibility links

Vəkilin fəaliyyətinin dayandırılması ilə bağlı qərar ləğv edilib


Adil İsmayılov
Adil İsmayılov

Bu gün, sentyabrın 24-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Adil İsmayılovun bir il müddətinə vəkillik fəaliyyətinin dayandırılması barədə 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv edib. Bu barədə vəkil Adil İsmayıov facebook səhifəsində məlumat yayıb.

“Bundan sonraki fəaliyyətimi əsasən vəkilliyin inkişafına, vəkilin cəmiyyətdə layiq olduğu yeri tutmasına, vəkil kimi mənə ehtiyacı olanların hüquqlarının qorunmasına yönəldəcəm. Daha qlobal planlarım da var,” o qeyd edib.

Vəkillər Kollegiiyasının Rəyasət Heyəti sentyabrın 9-da Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərar qəbul edib.

Vəkillər Kollegiyası bildirib ki, Adil İsmayılovun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar intizam icraatı çərçivəsində qəbul edilib.

Adil İsmayilov son zamanlar sosial şəbəkələrdə müdafiə etdiyi şəxslərlə bağlı keçmiş cinayət işlərinə aid bəzi paylaşımlar yayıb. Həmin paylaşımların bir neçəsi qətl və adam oğurluqlarında ittiham edilən Daxili İşlər Nazirinin keçmiş zabiti, mərhum Hacı Məmmədovun işi ilə bağlı idi. Orada söhbət bəzi cinayətlərdən hüquq-mühafizə orqanlarının əvvəlcədən xəbərdar olmalarından bəhs edilirdi.

Həmin statuslara hüquq-mühafizə orqanlarından hər hansı münasibət bildirilməyib. Amma vəkilin fəaliyyətin dayandırılması bu statusların paylaşması ilə eyni vaxta təsadüf edib.

XS
SM
MD
LG