Accessibility links

Vəkillər 500 manat cərimələnə bilər


Tələb olunan sübut üzrsüz səbəbdən məhkəməyə təqdim olunmazsa, sübutu saxlayan şəxs 2000 manatadək cərimələnəcək.

Bu dəyişiklik Mülki Prosessual Məcəlləyə təklif olunur və iyunun 25-də Milli Məclisin iclasında müzakirəsi nəzərdə tutulur.

Bu haqda "Turan"a deputat Fazil Mustafa məlumat verib.

Qüvvədə olan qanuna əsasən, hazırda bu cərimənin məbləği 220 manatadəkdir.

Fazil Mustafa həmin dəyişiklikləri hakimlərin səlahiyyətlərinin artırılması, qərar vermədə sübutların əhəmiyyətinin gücləndirilməsi kimi qiymətləndirir.

Dəyişikliklər isə bununla bitmir. Məhkəmə ilə bağlı sənədlərə görə dövlət rüsumunun tutulduğu hallar və dövlət rüsumlarının dərəcələri dəyişir.

"Məhkəmə prosesinin iştirakçılarından inzibati cəza olaraq daha çox vəsaitin tələb edilməsi çıxış yolu deyil. Cərimələri artırmaqdansa hakimlərin və digər kadrların məsuliyyətinin və peşəkarlığının artırılması daha məqsədəuyğun olardı. Təklif edilən dəyişikliklər hakimlərin qərar verdikdə subyektivlik amilini artırır", - Fazil Mustafa deyir.

Onun fikrincə, təklif olunan dəyişikliklər məhkəmə prosesində tərəflərin bərabərliyi prinsipinə ziddir, bir tərəfin hüquqlarını pozur: "Ümumiyyətlə, məhkəmə işində gedən islahatları qiymətləndirərkən deyə bilərəm ki, sözdə müsbət yeniliklər kimi təqdim olunan dəyişikliklər praktikada baş vermir. Bu, azadlıqdan mərhumetmə cəzasına alternativ, humanist, fərqli cəzaların verilməməsi, bəraət qərarlarının məhkəmələrdə çıxarılmamasına də aiddir".

Daha bir dəyişiklik təklifi isə Azərbaycanda məhkəmələrə vəkili 500 manatadək cərimələmək hüququnun verilməsi ilə bağlıdır. Məhkəmə əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.

Bu dəyişikliklər iyunun 25-də parlamentin iclasında müzakirə olunacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG