Azərbaycan Vәkillәr Kollegiyasında vәkil Aqil Layıc barәsindә intizam icraatı başlanıb.
Bu barәdә Aqil Layıc Facebook səhifəsində qeyd edib.
Vəkil qeyd edir ki, intizam icraatının başlanmasına səbəb Vüsal Məmmədov adlı jurnalistin şikayəti olub. Səbəb kimi guya mənim onun şərəf və ləyaqətini alçamam göstərilir.
“Bununla bağlı qeyd etmək istəyirəm ki, həmin şəxsə dair fikirlərim mənim şəxsi fikrimdir, ifadə azadlığımın parçasıdır və vətəndaş mövqeyimdir. Bundan əvvəl də həmin adamı cəmiyyətdə mənfi imicinə görə, insanların intim videosunu şərh etməsinə, verilişini intim video üzərində qurmasına görə tanımışam, bu isə fikrimdə mənfi asossiasiya yaradıbdır. Yenə də həmin fikirdəyəm. Ona qarşı işlətdiyim ibarələr məndən əvvəl də işlədilib və onun fəaliyyəti ilə birbaşa asossiasiya edilir. Bu məsələnin mənim vəkillik fəaliyyətimə aidiyyatı yoxdur."
Aqil Layıcın sözlərinə görə ,noyabrın 13 də iclas baş tutub və dindirmə aparılıb.
“Məni dinlədilər və bu yöndə iclas oldu. Orda da təkildə qeyd etdim ki, o, insanı mənim vəkilliyimin obyekti və subyekti olmamışdır. Mənimçün bu ölkədə ən ali dəyər hüququn aliliyinin təmin olunmasına fokuslanmaqdır. Hüquq hər kəsə lazımdır, məhz bu səbəblərdir ki, məndən şikayət edən özünü jurnalist adlandıran bu şəxs, başa düşməli idi ki, insanların şəxsi həyatını, intim videolarını efirdə vermək, təqdim etmək, komment vermək hüququn ali dəyərlərinə, mənəviyyəta ziddir, əxlaqsızlıqdır. Vətənini ən çox sevən hüquqlara hörmət edəndir və vəzifəsinin haqqını verəndir. Jurnalist intim videoları ilə gündəmə gəlməməlidir, şəxsi peşəkarlığı ilə gəlməlidir. Məhz tarix də Çingiz Mustafayev kimi şəxslərin dəyərli müharibəyə dair video reportajları üzərində qurulur, kiminsə intim videolarına fokuslanmaqla deyil,” o qeyd edib.
Vəkil onu da qeyd edir ki, Vəkillərin İntizam Komissiyasinda iclas normal keçsə də qərar hələ elan edilməyib.
“Ümid edirəm qərar ədalətli və ifadə azadlığım yönündə olacaqdır. Buradan bir daha bəyan edirəm, mən ifadə azadlığımdan və şəxsi qiymətləndirmədən istifadə eləmişəm. Şəxsi qiymətləndirməmin isə vəkillik fəaliyyətinə heç bir aiddiyyatı yoxdur. Bir şeyi də qeyd edim ki, indiyə kimi, 2013-cü ildən bəri vəkillik fəaliyyətimlə bağlı bir dəfə də olsun vətəndaş şikayəti olmayıb və fəaliyyətimdən narazı qalmayıblar.”
Bu məsələ ilə bağlı hələlik Azərbaycan Vəkillər Kollegiyası hələ münasibət bilsdirməyib.
Jurnalist kimi təqdim edilən Vüsal Məmmədov da hələ şərh verməyib.
Xatırladaq ki, son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, İradə Cavadova və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəkillər barəsində isə intizam tədbirləri görülüb.
Vəkillər Kollegiyası bir qayda olaraq vəkillərin fəaliyyətinə xitam verilməsini onların qanun və əsasnaməni pozması ilə izah edir.