Accessibility links

Vəkillər məktəb direktoruna ağır cəza tələb edib


Elina Hacıyeva

Oktyabrın 18-də Bakının Səbail Rayon Məhkəməsində intihar etdiyi bildirilən şagird Elina Hacıyevanın ölümü ilə bağlı müdafiə tətəfi son sözlə çıxış edib. Vəkillər dövlət ittihamçısının 2 il 6 ay cəza istəməsinə etiraz edib, daha çox cəza verilməsini istəyib.

Bakıda 162 saylı ümüumtəhsil məktəbində oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü məktəbin üçüncü mərtəbəsindən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da aprelin 6-da vəfat edib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Şagirdin intihar cəhd etməsinin səbəbi kimi məktəbdə ona qarşı pis rəftarın olduğu qeyd olunur.

"Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib,” Baş Prokurorluğun açıqlamasında deyilir.

Dövlət ittihamçısı oktyabrın 16-da cinayət məsuliyyətinə cəlb olunan keçmiş məktəb direktoru Sevinc Abbasovanın azadlığının 2 il 6 ay məhdudlaşdırılmasını istəyib. Dövlət ittihamçısı ona əlavə cəza kimi 3 il pedaqoji fəaliyyətlə məşğul olmağın qadağan olunmasını uyğun bilib.

Prokuror deyib ki, Sevinc Abbasovaya qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2 (səhlənkarlıq-ağır nəticələrə səbəb olduqda) maddələri ilə verilən ittiham məhkəmədə sübuta yetirilib. Onun işini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur.

Təqsirləndirilən Sevinc Abbasova ittihamların məhkəmədə sübuta yetirilməsi barədə prokurorun dedikləriylə razılaşmır.

"Heç nə sübuta yetirilməyib. Ümumiyyətlə, istintaq düzgün istiqamətdə aparılmayıb."

Bu günki məhkəmədə isə vəkillər bildirib ki, Elina özünü məktəbin üçüncü mərtəbəsindən ataraq intihara cəhd etdikdən sonra 85 dəqiqə ərzində məktəbin direktoru Sevinc Abbasova təcili tibbi yardım çağırmayıb.

“Məkətbin direktoru şagirdlərin təhlükəsizliyinə cavabdeh şəxsdir və vəzifəsini yerinə yetirməyib,” vəkil qeyd edib.

Vəkillər həmçinin mülki qaydada qaldırdıdıqları iddianı müdafiə edib və məhkəmədən Təhqil Nazirliyninin zərəçəkmişə mənəvi ziyana görə 100 min manat, vəkil xidmətinə görə isə 8 500 manat ödəməsini xahiş edib.

Təhsil Nazirliyinin vəkili mülki iddianı əassız adlandırıb və Təhsil Nazirliynin həmin məbləği ödəməməli olduğunu bildirib.

Elinanın anası Sevil Hüseynova məktəb direktoruna şikayət etməsinə baxmayaraq övladına qarşı qısnamaların davam etdiyini bildirib. O məhkəmədən Sevinc Abbasovaya ən ağır cəza verməsini istəyib.

Məhkəmə oktyabrın 24-də saat 11-də işini davam etdirəcək.

XS
SM
MD
LG