Accessibility links

Vərəsələr yenə Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər


Qarabağ döyşlərində həlak olanların yaxınları yanvarın 8-də yenidən Prezident Administrasiyasının qarşısına toplaşıblar.

Onlar həmişəki kimi, bu cür hərbçilərin varislərinə verilməli olan 11 min manatlıq birdəfəlik müavinətin ödənilməsini tələb edirlər.

Aksiyaçıların nümayəndələri yenidən Prezident Administrasiyasında qəbulda olublar,onlara yenə də məhkəməyə üz tutmağı məsləhət görüblər.

Aksiyaçıların sözlərinə görə, dəfəlrlə müvafiq qurumlarda onlara deyiblər ki, vaxtilə sığorta kimi ödəniş aldıqlarından, indi bu müavinəti ala bilməzlər.

Amma etirazçılar deyirlər ki, həmin vəsait cüzi olduğundan, yeni müavinət onlara da şamil edilməlidir.

Hərbçi ailələri artıq 2 aydan çoxdur ki, bu tələblə dəfələrlə etiraz aksiyaları keçiriblər.

Prezident İlham Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və ya itkin düşən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb və yüzlərlə şəxs artıq bu müavinəti alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Hindistan müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
please wait

No media source currently available

0:00 0:11:27 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG