Accessibility links

Vətəndaş və İnkişaf Partiyasının sədri həbs edilib


Bu gün, yanvarın 13-də Bakının Yasamal Rayon Məhkəməsi hakim Hüseyn Səfərovun sədrliyi ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev barəsində hərbçi Emil Cəfərovun şikayəti üzrə beş ay həbs hökmü çıxarıb. Partiya sədri məhkəmə zalında həbsə alınıb.

Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə deyib.

Cavad Cavadov: Bu, növbəti sifarişli hökmdür
please wait

No media source currently available

0:00 0:03:58 0:00

2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, nəticədə 14 hərbçi həlak olub, iki nəfər yaralanıb. Helikopterin qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə verib.

Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” YouTube kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. Əli Əliyev, həmçinin helikopter qəzasında Rusiyanın əlinin olması ehtimalını da istisna etmir.

Hər iki zabit məhkəməyə Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət edib. Şikayət ərizələrində Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

Helikopter qəzası faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluq helikopterin qəzaya uğramasına pilotların idarəetmədə yol verdikləri səhvlərin səbəb olduğunu bildirib.

Baş Prokurorun birinci müavini Elçin Məmmədov bildirib ki, qəzaya uğramış helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıb.

Vəkil Cavad Cavadov Amerikanın Səsinə müsahibəsində bugünkü məhkəmənin hökmünü “gülünc və biabırçı” kimi xarakterizə edib. O, məhkəmənin hökmündən apellyasiya şikayəti verəcək.

“Bu, növbəti sifarişli hökmdür. Amma Azərbaycan məhkəməsi yenə məni heyrətləndirməyi bacardı. Əli Əliyev məhkəmədə bildirdi ki, böhtan atmaq məqsədi olmayıb, hərbçiləri tanımır. Sadəcə mövcud faktları təhlil edərək qənaətə gəlib ki, onlar helikopterdə olmayıb. Bu onun şəxsi qiymətləndirici mülahizəsidir. Buna görə onu həbs edə bilməzlər. Kiməsə böhtan atmaq məqsədi olmayıb.”

Vəkil bildirib ki, məhkəmə qanun pozuntuları ilə keçirilib.

“Çünki iclas zamanı Əli Əliyevin səhhəti pisləşdi. Təzyiqi 220-150 nisbətində oldu. Təcili tibbi yardım xidməti çağırıldı. Həkim onun müalicə üçün xəstəxanaya müraciət etməsini lazım bilsə də, hakim məhkəmədə fasilə vermədi. Məhkəmə zərərçəkmişi dindirməyə, vəkilin son söz deməsinə də imkan vermədi. Hətta hakim Əli Əliyevə son söz deməsi üşün də imkan vermədi,” o qeyd edib.

Vəkil ikinci iddia üzrə yeni həbs hökmünün olacağını da istisna etməyib.

Vətəndaş və İnkişaf Partiyası (VİP) Əli Əliyevə qarşı qaldırılmış iddiaları əsassız sayır.

“Məhkəmə prosesləri ardıcıl təzyiqlərin davamıdır,” VİP bildirib.

Vətəndaş və İnkişaf Partiyası 28 may 2006-cı ildə təsis edilib. Təsis qurultayında Əli Əliyev bu partiyanın sədri seçilib. Əliyev bundan öncə Azərbaycamn Milli İstiqlal Partiyasının sədri olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG