"Vəziyyətimizi nəzərə alıb, bizə kömək etsinlər"
Mirzə İbrahimov küçəsində yaşayan sakinlər evlərinin şəraitsizliyindən şikayətçidirlər. Stella Babayeva bildirib ki, bir neçə dəfə dövlət qurumlarına evlərinin qəzalı vəziyyətdə olduğu haqda şikayət edib. Lakin bununla bağlı heç bir tədbir görülmür. O deyir ki, bu küçədə yaşayan digər sakinlər də bu vəziyyətdən narazıdırlar. Digər sakin Hikmət Babayev deyir ki, evlərinin yanında yeni tikilən göydələnə görə onların yaşadığı ev silkələnir. Həmçinin tikintiyə görə evlərinin yaxınlığı zibilliyə çevrilib. Digər sakin deyir ki, onlar Fövqaladə Hallar Nazirliyi və İcra Hakimiyyətinə şikayət etsələr də, şikayətləri nəticəsiz qalır.
Episodes
-
Mart 07, 2021
8 mart yürüşünə hazırlıq gedir
-
Mart 06, 2021
Amerika İcmalı - 5 Mart 2021
-
Mart 05, 2021
Dünyaya Baxış - 5 mart 2021