Accessibility links

ABŞ-da torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 24-ə çatıb


ABŞ-ın Vaşinqton ştatında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb. Rəsmi məlumata görə, 20-dən çox insanın axtarışları isə davam etdirilir.

Əfqanıstandan yenicə geri dönən Milli Qvardiya əsgərləri də daxil olmaqla çox saylı xilasetmə dəstəsi ərazidə axtarış aparır.

Yerli tibbi müayinə idarəsi həlak olan 17 nəfərin kimliyinin müəyyən edildiyini deyib.

Dağıntılar altından heç kimin sağ aşkar edilmədiyi və torpaq sürüşməsindən doqquz gün sonra ərazidə həyat əlamətlərinin müşahidə edilmədiyi deyilir. Ümumilikdə torpaq sürüşməsində azı səkkiz nəfər xəsarət alsa da, sağ qurtarıb.

Sinoptiklər qarşıdakı həftələrdə ardıcıl quraqlıq olacağı barədə proqnoz verib. Bu növ hava şəraiti axtarış səylərinə yardım edəcək.
XS
SM
MD
LG