Accessibility links

Paytaxt Vaşinqtona ziyarət mövsümüdür


Paytaxt Vaşinqtona ziyarət mövsümüdür
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Hər il bahar fəslində Amerikanın hər yerindən məktəblilər paytaxt Vaşinqtonu ziyarət edir. Bir həftəlik tətil zamanı onlara ölkənin tarixi və hökuməti haqda əyanı məlumatlar almaq, eləcə də şəhərin maraqlı yerlərini görmək imkanı verilir.

Paytaxt Vaşinqtonda bahardır. Bu günlər dünya boyu məşhur Yoşino albalı ağacları çiçək açır. Bu rəngarənglik yalnız turistləri deyil, ölkənin hər yerindən bu şəhərə ziyarətə gələn şagirdləri də özünə cəlb edir.

Bəzən onlar özləri ilə musiqi də gətirir. Musiqi ifa edən bu uşaqlar Missuri ştatının Kolumbiya şəhərindəki “Battle High” məktəbinin şagirdləridir. Musiqi qrupunun bəddi rəhbəri Kim Foli: “Biz buraya biliyimizi artırmaq məqsədilə gəlmişik. Bu uşaqların çoxu paytaxt Vaşinqtonu görməmişdi. Biz həmçinin buraya ABŞ Hərbi Dəniz Donanması memorialında musiqi ifa etmək üçün gəlmişik.”

Onların ifa etdiyi musiqi parçaları ətrafdakıların diqqətini cəlb edir. Adrian Maddoks nəfəs alətində artıq 6 ildir musiqi ifa edir. O, ölkənin paytaxtına ilk dəfədir gəlir. “Mən Vaşinqtonu sevirəm. Mən böyük şəhərləri sevirəm. Burada hər şeyi əyani görə bilirsən. Biz bunlar haqda yalnız oxumuşduq, əyani görmək isə daha maraqlıdır” - deyə, Adrian Maddoks bildirir.

Onun dediyinə görə, bu şəhər onun yaşadığı yerdən tamamilə fəqrlidir. “Missuri kənd kimi yerdir. Böyük şəhərlər çox deyil. Cəmi üç böyük şəhər var ki, onlar da buradan tamamilə fərqlidir.”

Kim Foli: “Bizim yaşadığımız Kolumbiya şəhəri buraya bənzəmir. Bizim şəhərimizin mərkəzi çox kiçikdir. Bura ilə müqayisədə tıxaclar çox azdır. Ona görə də uşaqların avtomobillərin siqnallarından xoşları gəlir.”

Digər məktəblilər kimi “Battle High” məktəbinin orkestrinin üzvləri Arlinqton Milli Qəbiristanlığını və şəhərdəki çox sayda muzeyi ziyarət edib.

Bu bahar tətili yaxın zamanda yay tətili ilə əvəz olunacaq və paytaxtı başqa yerlərdən gələcək məktəblilər ziyarət edəcək.

XS
SM
MD
LG