Accessibility links

Vaşinqton şəhəri nağd pulsuz ödənişi müzakirə edir [Video]


Vaşinqton şəhəri nağd pulsuz ödənişi müzakirə edir
please wait

No media source currently available

0:00 0:02:53 0:00

Kredit və debit kartlarından istifadə geniş yayılmağa başladığı üçün Amerika biznesleri uzun zamandır nağd pulsuz ödəniş sisteminə keçid etmək istəyir. Lakin ölkə paytaxtında bu təşəbbüs gözlənilməz maneə ilə üzləşib. Vaşinqton şəhərinin şura üzvləri deyir ki, nağd pulsuz ödəniş sistemi çox uzağa gedib və əgər Kolumbiya Mahalı Şurasının üzvü Deyvid Qrossonun irəli sürdüyü qanun layhihəsi qəbul olunsa nağd puldan istifadə etməyən bəzi bizneslər böyük cərimələrlə üzləşə bilər.

DC sakinlərinin, demək olar, 30 faizinin ya bankda hesabları yoxdur, ya hesablarında az pul var, ya da kredit kartları yoxdur. Bu səbəbdən də, fikrimcə, kredit kartları olmadığı üçün onların yemək almalarının qarşısını almaq ədalətsizlikdir və biz buna son qoymalıyıq
Deyvid Qrosso

Jrink-də təzə sıxılmış meyvə suyundan tutmuş meyvə smutisinə kimi bir çox sağlam qida satılır. Lakin bu kafedə nağd pulla ödəniş qəbul olunmur.

“Biz çox rahat applikasiyadan istifadə edirik. Belə ki, bütün məhsullarımızı əlifba sırası ilə siyahıya salmışıq. Bu applikasiya isə buradakı kard oxuyucusuna bağlanır. Kartı salırsınız və imza atılandan sonra sifariş hazırlanmağa başlayır”, Jrink-in meneceri Keyt Mörfi deyir.

Nağd pulsuz ödəniş kafenin menecerləri üçün də rahatdır. Günlük tranzaksiyaları hesablamağa ehtiyac qalmır. Bundan əlavə isə qarət olunmaq riski də azalır. Jrink bu sistemi tətbiq edən edən yeganə məkan deyil.

“Mən bu şirkətdə işə başlayanda, onlarda heç bir nağd pulun olmadığını bilmirdim. Bu isə kassir olaraq mənim üçün çox rahatdır. Bu ideya mənim xoşuma gəlir”, Jetties şirkətinin işçisi Cennifer Qarsia deyir.

Rahatlığına baxmayaraq nağd pul ilə ödəniş qəbul etməyən bizneslər çox yaxında şəhər qanununu poza bilərlər. Kolumbiya Mahalı (DC) şurasının üzvü Deyvid Qrosso düşünür ki, nağd pulsuz ödəniş sistemi şəhər əhalisinin nağd pulla işləyən böyük bir hissəsinə qarşı diskriminasiya edir. O deyir ki, insanlara nağd pulla ödəniş etməyə icazə verməyən bizneslər cərimə olunmalıdır.

“DC sakinlərinin, demək olar, 30 faizinin ya bankda hesabları yoxdur, ya hesablarında az pul var, ya da kredit kartları yoxdur. Ona görə də onlar bütün ödənişlərini nağd pulla həyata keçirir. Onsuz da onların çox pulları olmadığı üçün cəmmiyətdəki bir çox şey onlar üçün əlçatmazdır. Bu səbəbdən də, fikrimcə, kredit kartları olmadığı üçün onların yemək almalarının qarşısını almaq ədalətsizlikdir və biz buna son qoymalıyıq”, Qrosso söyləyir.

Qrosso bizneslerə nağd pullarını saxlamaq üçün seyfdən istifadə etməyi məsləhət görür. O deyir ki, nağd pul qəbul etməyənlər cərimə ödəməlidir. Qrossonun fikrincə, cərimə 8 min dollar olmalıdır. Bəzi insanlar onun təklifini dəstəkləyir.

ABŞ Dolları
ABŞ Dolları

“Mən biznes məqsədilə ölkə boyu çox səyahət etdiyim üçün, kredit kartları mənim üçün rahatdır. Amma mən başa düşürəm ki, bəzi insanlar nağd pulla ödəniş etməyə üstünlük verir. Ona görə də, məncə, bütün restoranlarda həm kredit kart həm də nağd pulla ödəniş etməyə imkan verilməlidir”, biznesmen Bill Hild deyir.

“Mən nağd pula üstünlük verirəm, çünki beləcə pulumun hesabını daha yaxşı tuta bilirəm”, biznesmen Kris Körri söyləyir.

Bəs sistem xarab olsa? Visa bu yaxınlarda Avropada nasazlıq yaşadı və insanlar bir neçə saat ərzində heç bir ödəniş edə bilmirdi. Eyni hadisə yaxınlarda MasterCard-ın da başına gəlib
Giyom Lepek

Kredit kart prosessoru TSYS-ın verdiyi məlumata görə, amerikalıların yalnız 12 faizi kredit kart yerinə nağd pula üstünlük verir. Amma Beynəlxalq Valyuta Assosiasiyası bunun tərsini düşünür. Onların məlumatlarına görə, nağd puldan istifadə 2012-ci ildən bəri artmaqdadır.

“Bəs sistem xarab olsa? Visa bu yaxınlarda Avropada nasazlıq yaşadı və insanlar bir neçə saat ərzində heç bir ödəniş edə bilmirdi. Eyni hadisə yaxınlarda MasterCard-ın da başına gəlib”, Beynəlxalq Valyuta Assosiasiyasının baş direktoru Giyom Lepek söyləyib.

Hazırda yalnız Massaçusets ştatındakı bizneslər qanuni olaraq nağd pul qəbul etməyə məcburdurlar. Vaşiqnton da çox yaxında bu siyahıya qoşula bilər. Amma nağd pulsuz cəmiyyətin tərəfdarları deyir ki, bu, yalnız elektron tranzaksiyalarda ixtisaslaşan bizneslər üçün maddi itkilərə səbəb ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG