Accessibility links

Vaşinqton şəhərinin möhtəşəm görünüşünün səbəbi nədir?


Vaşinqton şəhərinin möhtəşəm görünüşünün səbəbi nədir?
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Vaşinqton şəhərinin möhtəşəm görünüşünün səbəbi nədir?

Vaşinqton monumental bir şəhərdir. İkonik mənzərələri ilə görkəmli paytaxtdır.

Bunun səbəbi isə odur ki, bir çox planlaşdırılan ictimai layihələr 1910-cu ildə Konqres tərəfindən yaradılıb, prezident tərəfindən təyin edilən İncəsənət Komissiyası tərəfindən təsdiq edilib.

İncəsənət komissiyasından Tomas Luebke bildirir ki, "İdeya şəhəri mühüm beynəlxalq paytaxt kimi göstərmək idi və bunu layiqli və gözəl şəkildə gerçəkləşdirmək həqiqətən də şəhərin imicinə töhfə verdi".

Heyət Vaşinqtonun memarlıq baxımından inkişafına rəhbərlik edir və federal hökumətə medallar və sikkə nümunələri kimi sənət və milli rəmzlərlə bağlı məsələlərdə məsləhətlər verir.

Hazırda qurdaşdırılmaqda olan AĞ Evin yeni hasarı həyata keçirilməkdə olan ən yeni yüksək səviyyəli layihədir.

Tomas Luebke deyir ki, "Əslində, hər hansısa partlayış və hücumdan qorumaq üçün hasarın ölçüsü iki dəfə artırılıb. Buna görə də bütün hissələri möhkəmləndirmək lazım idi".

Və bunu həyata keçirərkən hasar həm də yaxşı görünməlidir. Nəzərə almaq lazımdır ki, 2001-ci ildəki terror hücumlarından sonra təhlükəsizlik əsas diqqət mərkəzindədir.


Tomas Luebke həmçinin əlavə edir ki, "Çalışırıq ki, onun orada tamamı ilə gözə çarpan olmasından yayınaq və ya onu vizual olaraq ətraf mühitin bir hissəsi kimi hiss etdirməyin yollarını tapaq. Beləliklə o sizdə həqiqətən də xoşagəlməz bir yerə getdiyiniz hissi yaşatmır. Əslində çalışırıq ki, layiqli və qonaqpərvər ruhda olmasını istəyirik".

Pensilvaniya prospekti əvvəllər Ağ Evin qarşısındakı əsas izdihamlı küçə idi. Lakin təhlükəsizlik səbəb ilə 1995-ci ildən orada avtomobillərin hərəkətinə icazə verilmir. İncəsənət Komissiyası qorunan bu ərazini visual olaraq cəlbedici göstərmək üzərində işləyib.

Linkoln abidəsinin qarşısındakı böyük hovuz əslində təhlükəsizlik məqsədi ilə maneə olaraq istifadə edilir. Lakin ziyarətçilər bunu bilmir. Vaşinqton abidəsinə gedən yolları üçün də bu keçərlidir.
Tomas Luebke deyir ki, "Burada əsas məsələ təhlükəsizlikdir, lakin bunu heç hiss etmirsiniz. Çünki bu əslində həmdə abidəyə doğru gedən gözəl yoldur".

Günəş lövhələri, sel drenajı və şəhər landşaftı komissiyanın məşğul olduğu yeni məsələlərdir. Ehtiyaclar onilliklər ərzində dəyişir, lakin komissiya pytaxtın parlaq imicini itirməməsi üçün şəhərin yüksək keyfiyyətli görünüşünün qorunmasına çalışır.

XS
SM
MD
LG