Accessibility links

"Vaşinqton Azərbaycanla danışıqlarda gücə sahibdir... Bu gücdən istifadəni gözləyirik"


"Vaşinqton Azərbaycanla danışıqlarda gücə sahibdir... Bu gücdən istifadəni gözləyirik"
please wait

No media source currently available

0:00 0:04:31 0:00

"Vaşinqton Azərbaycanla danışıqlarda gücə sahibdir... Bu gücdən istifadəni gözləyirik"

“Mehman Hüseynovun məsələsi çox vacibdir. Mühüm olan isə onun vəziyyətinin spesifik məqamları deyil, mühüm olan odur ki, onun vəziyyəti Azərbaycandakı reallığı əks etdirir. Azərbaycanda da genişləndirilən repressiya tədbirlərindən biri də odur ki, insanlar həbs müddətlərinin sonunda yenidən həbsə məhkum olunur. Adətən həmin insan elə ilk başda saxta ittihamlara həbs olunur. Və bir insan həbsdə uzun müddət keçirdiyi üçün ona qarşı yeni ittiham irəli sürmək çətinləşir. Bu səbəbdən də onlar o insanların həbsxanandakı kameralarında onlara qarşı istifadə edəcəkləri dəlillər yerləşdirirlər”.

Bundan sonra, sentyabr, oktyabr və noyabrda təhlükəsizlik idarələri və prezident adminstrasiyasından Ilham Əliyevin xəbər daşıyanları onunla görüşüb və deyib ki, əgər fikrini dəyişməsən, burdan çıxamayacaqsan.
Emin Hüseynov

Bu sözləri yanvarın 10-da Vaşinqtonda Milli Mətbuat Klubunda keçirilən tədbirdə çıxış edən PEN America təşkilatının Vaşinqton üzrə direktoru Tomas Melia bildirib.

Tədbir iştirakçıları Azərbaycan hökümətinin jurnalistlərə qarşı təqibindən bəhs ediblər. Xüsusi diqqət isə 15 gündən çoxdur aclıq aksiyası keçirən bloger Mehman Hüseynova ayırılıb.

Tədbirin təşkilatçılarından Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov Mehmana qarşı bu kampaniyanın və yeni təzyiqlərin Mehmanın anasının ölümünə görə şəxsən İlham Əliyevi təqsirləndirməsindən sonra artdığını və onların Mehmana qarşı yeni ittihamların irəli sürüləcəyini təxmin etdiklərini söyləyib.

“Anamızın ölümündən sonra Mehman dedi ki, ‘kimsə gözləyirsə ki, mənim həbs müddətim bitəndən sonra mən fəaliyyətimi dayandıracam, mən onlara demək istəyirəm ki, mən korrupsiyaya qarşı, demokratiya və insan hüquqularının pozuntularına qarşı mübarizə etməyə davam edəcəm.’ Bundan sonra, sentyabr, oktyabr və noyabrda təhlükəsizlik idarələri və prezident adminstrasiyasından İlham Əliyevin xəbər daşıyanları onunla görüşüb və deyib ki, əgər fikrini dəyişməsən, burdan çıxamayacaqsan”, o deyib.

Emin Hüseynovun sözlərinə görə, Mehmanın aclıq aksiyası ölkədə, vətəndaş cəmiyyəti arasında habelə başqa yerlərdə müsbət rezonans yaradıb. Belə ki, təkcə ölkə daxilində deyil, xaricdə də insanlar Mehmanı dəstəkləyir, onunla birlikdə aclıq aksiyaları keçirir.

“Azərbaycan: İlham Əliyevin jurnalistlərə qarşı basqıları. Diqqətdə Mehman Hüseynovdur” adlı tədbirdən Ələkbər Raufoğlu, Daniel Balson, Emin Hüseynov, Tomas Melia və Sevinc Osmanqızı
“Azərbaycan: İlham Əliyevin jurnalistlərə qarşı basqıları. Diqqətdə Mehman Hüseynovdur” adlı tədbirdən Ələkbər Raufoğlu, Daniel Balson, Emin Hüseynov, Tomas Melia və Sevinc Osmanqızı

“Bu gün Bakıda təxminən 20 nəfər Mehmana dəstək məqsədilə aclıq askiyasına başlayıb. Və bunu edən yalnız müxalif-yönümlü insanlar deyil. Bundan əlavə Mehmana dəstək məqsədilə etiraz aksiyası təşkil edən təxminən 15 nəfərə inzibati həbs cəzası verilib” - Emin Hüseynov deyib.

Tədbirin digər iştirakçısı, jurnalist Sevinc Osmanqızı deyib ki, Mehmanın məsələsi onu göstərir ki, bir dəfə həbs olunan siyasi məhbusların bir daha azadlığa çıxmaları çətinləşir və Mehmana qarşı son ittihamlardan sonra bir çox siyasi məhbusun ailəsi narahatdır ki, eyni hadisə onların da başına gələ bilər və onlara qarşı da əlavə ittihamlar irəli sürülə bilər.

“Məsələn, bir digər jurnalist Seymur Həzinin də 5 illik həbs müddəti bu il bitir. Lakin onun həyat yoldaşı Nigar Həzi mənə dedi ki, onun fikrincə Seymur da böyük ehtimalla azadlığa buraxılmayacaq. Bir çox siyasi məhbusun ailəsi də eyni fikirdədir” – Sevinc Osmanqızı.

Biz inanırıq ki, Vaşinqton Azərbaycan rəsmiləri ilə danışıqlarda gücə sahibdir və biz Tramp administrasiyasının, eləcə də Konqresin seçilmiş rəsmilərinin bu gücdən istifadə etmələrini gözləyirik.
Daniel Balson

Tədbirdə çıxış edənlər arasında yer alan Amnesty International USA təşkilatından Daniel Balson deyib ki, ABŞ höküməti illər boyu Azərbaycanı regional müttəfiq olaraq yetişdirməyə çalışıb və bu ucuz başa gəlməyib, çünki ABŞ Azərbaycana bu illər ərzidə milyardlarla dollar dəyərində yardım edib. Lakin onun sözlərinə görə, bəziləri bu yardımın regionda sabitliyə və ABŞ şirkətləri üçün bazar imkanları yaratdığını desə də, Balsonun fikrincə Mehman Hüseynov kimi korrupsiya əleyhinə fəallar cavabdehlik tələb etmək məsələsində mühüm rol oynayır. Mehmanı və digərlərini həbs etməklə isə hökümət açıq-aydın bildirir ki, heç kəs onları pulları necə xərclədiklərinə görə qınaya bilməz. Balson deyib ki Amnesty-nin mövqeyi budur ki, əgər ABŞ administrasiyası insan haqlarını müdafiə etmək istəyirsə və sərmayelərinin düzgün xərcləndiyindən əmin olmaq istəyirsə, Mehman və onun kimilərinin dərhal və qeydsiz-şərtsiz azadlığa buraxılmasını tələb etməlidir. Onun sözlərinə görə, Amnesty International ABŞ hökümətinə bu məsələ ilə bağlı mövqe sərgiləməsi üçün təzyiq göstərir.

“Biz həm Konqres, həm də hökümətin icraedici qolunun rəsmiləri ilə danıqlar aparırıq. Biz onları bu məsələyə toxunmağa və Azərbaycandakı rəsmilərə onlar insanları dinc etirazlarına və öz firkilərini birldirdiklərinə görə təqib etməyə davam etdiyi təqdirdə ABŞ-ın Azərbaycanı davamlı tərəfdaş olaraq görməyəcəklərini çatdırmalarına çağırırıq. Biz inanırıq ki, Vaşinqton Azərbaycan rəsmiləri ilə danışıqlarda gücə sahibdir və biz Tramp administrasiyasının, eləcə də Konqresin seçilmiş rəsmilərinin bu gücdən istifadə etmələrini gözləyirik" - deyə, Daniel Balson bildirib.

XS
SM
MD
LG