Accessibility links

Koronavirusun ikinci hədəfi paytaxt Vaşinqton ola bilər


Basketbol oyunları, açıq balıq bazarı, Rock Creek Parkında ailə gəzintiləri - İsti hava şəraiti ölkənin paytaxtında sosial məsafə qaydalarının pozulmasına səbəb olur və səhiyyə rəsmiləri şəhərin ABŞ-da koronavirus pandemiyasının növbəti qaynar nöqtəsi ola biləcəyini proqnozlaşdırır.

Vaşinqton şəhərində koronavirusdan 22-dən çox ölüm, 1200-dən yoluxma halı qeydə alınıb. Lakin milli və yerli səhiyyə rəsmiləri vəziyyətin daha da ağırlaşacağını deyir.

Keçən həftə Vaşinqton şəhərinin meri Muriyel Bouzer proqnozlara görə, virusun Kolumbiya mahaında may və ya iyun aylarında ən yüksək həddə çatacağını və ilin sonuna qədər şəhərin 7 sakinindən 1-nin virusa yoluxacağını, 1000-dən çox insanın ölə biləcəyini deyib.

"Biz ikinci dalğanın gəlməsindən narahatıq və növbəti dalğa Vaşinqtonu vura bilər. Biz bu mesajın hamının almasını istəyirik. Şəhərimizdəki yoluxma səviyyəsindən görürük ki, tam sosial uzaqlaşma olmasa, virus yayılmaqda davam edəcək və xəstəliklərə, bəlkə də ölümlərə səbəb olacaq” - deyə, şəhərin meri bildirib.

Ağ Evin Koronavirus İş Qrupunun koordinatoru, doktor Debra Birks bir neçə dəfə Çikaqo, Detroyt, Kolorado və Pensilvaniya ilə yanaşı, Kolumbiya mahalının da koronavirusun yaxınlaşdığı potensial qaynar nöqtə olaraq göstərib. Birks Vaşinqton şəhərinin artıq tanış bir nümunənin başlanğıc mərhələsindəki olduğunu, davamlı olaraq hər gün yayılan virusun kütləvi spektrə keçəcəyini deyib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG