Accessibility links

Vaşinqton: Rusiyanın 2 peyki ABŞ-ın kəşfiyyat peykini izləyib


Rəsmi Vaşinqtonun Rusiyanın iki peykinin ABŞ-ın kəşfiyyat peykini “narahat etməkdə” ittiham etməsi Moskvanı ehtiyatlı cavab verməyə məcbur edib.

Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov peyklərlə bağlı Vaşinqtondan bir mesaj aldığını təsdiqləyib və əlavə edib ki, "Moskva bunu araşdırdıqdan sonra cavab verəcək".

"Bu obyektlərin kosmosdakı manevrlərinə gəlincə, bunlar bir çox ölkələrin həyata keçirdiyi təcrübələrdir" - deyə, Rusiya mətbuat orqanları ondan sitat gətirərək bildirib.

ABŞ hərbi qüvvələrinin yeni Kosmik Qüvvələrinin rəhbəri general Con Reymond Time jurnalına verdiyi müsahibədə qeyd edib ki, Rusiyanın fəza obyektinin noyabr ayında orbitə çıxdıqdan qısa müddət sonra Amerika peykinə doğru hərəkət edərək, 100 mil (160 kilometr) məsafəyə qədər yaxınlaşıb.

"Biz bu davranışa qeyri-adi və narahat edən kimi baxırıq. Bu, kosmosda təhlükəli bir vəziyyət yaratmaq potensialına malikdir" - deyə, general Reymond Time jurnalındakı müsahibəsində açıqlayıb.

Onun daha əvvəl ABŞ mediasına açıqladığı bəyanatında Rusiya peykləri Rusiyanın 2017-ci ildə yerləşdirdiyi və Rusiya hökumətinin "müfəttiş peyklər" olaraq xarakterizə etdiyi digər peyklərə bənzər davrandığını deyilir.

Dekabr ayında yaradılan ABŞ Kosmik Qüvvələri ABŞ-ın ordu, hava qüvvələri, donanma, dəniz piyadaları və sahil mühafizəsindən sonra altıncı rəsmi hərbi qüvvəsidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG