ABŞ-ın Merilend ştatında kiçik yük maşınını piyadaların üzərinə sürməyi planlaşdırdığına görə həbs edilən şəxsin İslam Dövləti qrupundan ilhamlandığından şübhələnilir.
Federal prokurorlar 28 yaşlı Rondel Henrinin məhkəməyə qədər həbsdə qalmasına çərşənbə axşamı qərar verəcək.
Prokurorlar Henrinin cəmiyyət üçün təhlükəli olduğunu və məhkəməyə qədər azadlığa buraxıla biləcəyinin mümkün olmadığını bildirib.
Rondel Henrinin keçən ay Vaşinqton şəhəri yaxınlığındakı ticarət mərkəzindən kiçik bir yük maşını oğurlayaraq, terror hücumu həyata keçirmək üçün hədəf axtardığı güman edilir.
Dallas Beynəlxalq Aeroportunda təhlükəsizlik normalarına riayət etməməkdə ittiham edilən Rondel Henri yük maşınını Merilend ştatında Potomak çayının sahilindəki alış-veriş mərkəzi və restoranların olduğu turistlər arasında populyar parka sürdüyü üçün ittiham edilib. Lakin məhkəmə prosesi zamanı prokurorlar Henrinin sahil parkında kifayət qədər insan olmadığını görərək, gözləmək qərarına gəldiyini deyib.
Polis bütün gecəni sahildəki qayıqda gizlənən Henrini səhər tezdən təhlükəsizlik hasarını aşıb qaçmaq istəyərkən həbs edib.