Accessibility links

Vaşinqtonda ənənəvi türk festivalı keçirildi


Vaşinqtonda ənənəvi türk festivalı keçirilib
please wait

No media source currently available

0:00 0:02:53 0:00

Vaşinqtonun mərkəzində yerləşən Azadlıq Plazasında Türkiyə mədəniyyətinə həsr olunan festival keçirilib. Tədbir Amerika Türkiyə Assossiasiyası tərəfindən təşkil olunub.

Bu festival artıq 17 ildir ki, baş tutur. Hər il festivala təxminən 25 minə yaxın insan qatılır. Festivalın məqsədi amerikalıları türk mədəniyyətinin zənginlikləri ilə daha yaxından tanış etməkdir.

Bu məqsədlə meydanda qurulan səhnədə Türkiyənin xalq mahnıları səsləndirilib. Eyni zamanda milli rəqslər nümayiş olunub.

Sənətçilər sırf bu festivalda ölkələrini təmsil etmək üçün Türkiyənin müxtəlif şəhərlərindən Vaşinqtona gəlib. Səhnədə çıxış edən musiqiçilər tamaşaçılara Türkiyənin incəsənət tarixi ilə bağlı maraqlı faktlar danışaraq, yerli camaatı məlumatlandırmağa çalışıb. Rəqqaslar ölkənin müxtəlif bölgələrinə aid rəqsləri ifa edib. Tədbirdə həmçinin Azərbaycan rəqslərinə də yer verilib.

Bundan başqa festivalda yüzlərlə stend qurulub. Bu stendlərdə Türkiyə ilə bağlı atributlar satışa çıxarılıb. Türkiyənin qapalı çarşısını xatırladan bazardan müxtəlif əl işləri, gümüş və mis qablar sərgilənib. Rəngarəng farfor qab-qacaq nümunələri xüsusilə diqqət çəkib. Eyni zamanda Türkiyənin ənənəvi qəhvələri, lokumları satışa çıxarılıb.

Festivalda qonaqlar ebru əsərlər yaradan sənətçiləri izləmək imkanı əldə edib. Peşəlar rəsamlar xna bəzəklərinin çəkilişini nümayiş etdirib. Türkiyənin qədim ənənələrindən biri olan qəhvə falı mərasiminə yer verilib. Yüzlərlə insan kofesini əlinə alıb gələcəyini öyrənmək üçün növbəyə düzlənib.

Hər il Vaşinqton və ətrafında yerləşən şəhərlərdə fəaliyyət göstərən türk restoranları, kafeləri və dükanları öz məhsullarını bu festivalda nümayiş etmək şansı qazanır. Ən böyük növbələr yemək stendlərinin önündə olur.

Türk festivalı bu il də xaricilərin Türkiyəni bir az daha yaxından tanımasına imkan yaradıb. Həm də, məmləkətindən uzaqda yaşayan türklərin bir araya gəlib mədəni irslərini birgə yad etməsinə yol açıb.

XS
SM
MD
LG