Accessibility links

Vaşinqtonda "Əsrin Müqaviləsinin" 25 illiyi münasibətilə tədbir keçirilib


Vaşinqtonda "Əsrin Müqaviləsinin" 25 illiyi münasibətilə tədbir keçirilib
please wait

No media source currently available

0:00 0:03:33 0:00

Vaşinqtonda 1994-cü ildə Xəzər Dənizinin Azərbaycan sektorundakı neft yataqlarının xarici şirkətlərə hasilat üçün verilməsi məqsədilə imzalanan Əsrin Müqaviləsi adlandırılan razılığın 25 illiyinə həsr olumuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Sənaye və Energetika naziri Pərviz Şahbazov deyib ki, bu müqavilə sayəsində Azərbaycan müstəqillik yolunda kiçik addımlar atan ölkədən davamlı inkişaf edən ölkəyə çevrilib.

Bizim xalqımız bu müqavilə vasitəsilə öz sərvətinin sahibi olmaq və bu sərvətdən firavan gələcək üçün istifadə etmək qətiyyətinin olduğunu göstərdi.
Pərviz Şahbazov

“Bizim xalqımız bu müqavilə vasitəsilə öz sərvətinin sahibi olmaq və bu sərvətdən firavan gələcək üçün istifadə etmək qətiyyətinin olduğunu göstərdi”, o deyib.

ExxonMobil şirkətinin baş müşaviri Stiv Mann “Azeri” və “Çıraq”, yataqları habelə boru kəmərlərinin Azərbaycanın müstəqillik ve suverenliyi üçün mühüm olduğunu söyləyib və 25 il öncə Azərbaycana sərmayə qoyan şirkətləri getdikləri riskə görə alqışlayıb.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Morninqstar ABŞ-ın Xəzər Dənizi siyasətindən bəhs edib və 1990-cı illərdə başladılan Xəzər Dənizi siyasətinin müsbət tərəflərindən birinin hər iki partiyanın bu siyasəti dəstəkləməsi olduğunu deyib.

“90-cı illərdə tərtib olunan siyasət indi də çox dəyərlidir. O zaman orada çox sayda yeni ölkə yaranmışdı və biz onların müstəqilliklərini qoruyub irəlilətmək istəyirdik”, o deyib.

Morninqstar bəzi çətinliklələrə baxmayaraq Azərbaycanla ABŞ arasında enerji sahəsindəki əməkdaşlığın hər zaman müsbət olduğunu deyib.

“Heç nə bizim enerji sahəsindəki müsbət əməkdaşlığımıza maneə törədə bilmədi”, o söyləyib.

Tədbirdə həmçinin ABŞ-ın enerji nazirinin müavini Mark Menezes də iştirak edib.

Vaşinqtonda "Əsrin Müqaviləsinin" 25 illiyinə həsr olunan tədbir keçirilib
Vaşinqtonda "Əsrin Müqaviləsinin" 25 illiyinə həsr olunan tədbir keçirilib

Frank Menezes deyib ki, ABŞ-la Azərbaycanın qobal marketlərdə enerji marşrutları və resurslarını şaxələndirmək üçün zəruri olan neft və qaz dəhlizi yaratmaq məqsədimi birdir.

“Azərbaycan Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə Xəzər Dənizindən Avropa İttifaqınadək uzanan dəyər lövbərinə çevrilib”, o deyib.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov çıxışı zamanı Azərbaycanın heç vaxt digər ölkələr üzərində dominantlıq etmək üçün enerjidən istifadə emədiyini dedi.

“Bu tədbirin məqsədi ölkənin, regionun və dünyanın bu mühüm əməkdaşlıq sayəsində əldə etdiyi uğurları qeyd etməkdir”, o qeyd edib.

Tədbir Vaşinqtonda fəaliyyət göstərən Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil olunub. Təşikatın müşavirləri arasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya işləri üzrə sabiq müavini Riçard Hoaqland var.

Tədbirdə Azərbaycan, ABŞ, Qazaxıstan və Türkiyə daxil olmaqla bir sıra ölkədən qonaqlar iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG