Accessibility links

Vaşinqtonda hindistanlıların dini bayramı qeyd olunub

Hindistanın şimal-qərbində yaşayan pəncabi xalqı yerli hindu dinləri ilə islam dininin mənəvi dəyərlərini özündə birləşdirən Sihi dininə sitayiş edir. 15-ci əsrdə yaranan bu din cinsi bərabərlik, digər dinlərə qarşı tolerantlıq kimi müasir dəyərlərə önəm verir. Sihi dininin qurucusu Quru Nanak Vaşinqton şəhərində yad olunur.

National Mall parkında keçirilən tədbirdə yüzlərlə insan dualar oxuyub, musiqilər səsləndirib. Tədbirdə iştirak edən insanların çoxunun Hindistan əsilli olmasına baxmayaraq, tədbir yoldan keçən bütün insanlara açıq olub. Bu addımla “Tanrı təkdir və bütün dinlər bərabərdir” mesajını verməyə çalışan “Sihilər“ dini ayinlərini gerçəkləşdirərkən tursitlərə və şəhər sakinlərinə qarşı olduqca diqqətli davranmağa çalışıb.

Tədbir klassik musiqi ilə başlayıb. Daha sonra quruların himni səsləndirilib. Sihi dinini araşdıran alimlər tək tanrılıq, cinsi bərabərlik, sülh kimi müxtəlif fəlsəfi mövzularda çıxışlar səsləndirib. Tədbirin sonunda isə, bütün qonaqlara yemək ziyafəti verilib.

Qeyd edək ki, tədbir Amerikada fəaliyyət göstərən Quru Nanak fondu tərəfindən maliyyələşdirilib. Bu fond hələ 1970-ci ildə qurulub. Fond 50 ilə yaxındır ki, Amerikada Quru Nanak dininin tanınması üçün işlər görür.


XS
SM
MD
LG