Accessibility links

Vaşinqtonda yaşayan azərbaycanlılar Novruz bayramını qeyd edib


Vaşinqtonda yaşayan azərbaycanlılar Novruz bayramını qeyd edib
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Martın 24-də ABŞ-ın Virciniya ştatının Fairfax şəhərində Amerika Azərbaycanlı Qadınları Assosiasiyasının təşkil etdiyi Novruz şənliyi keçirilib.

Son 6 ildir ki keçirilən bu tədbirdə, paytaxt Vaşinqton şəhəri, Virciniya və Merilənd ştatlarında yaşayan 150-yə yaxın azərbaycanlı iştirak edib.

Novruz şənliyinin əsas məqsədi uşaqlarda Novruz ənənələrinə marağı artırmaqdır. Təşkilatçıların sözlərinə görə, bu cür tədbir və bayramlar milli ənənələri unutmamaq üçün keçirilir.

Məqsəd Amerikada yaşayan Azərbaycan qadınlarını bir araya gətirərək, Amerika və Azərbaycan mədəniyyətlərini bir-birinə tanıtmaqdır.

Cəmiyyət həmçinin xeyriyyə aksiyaları da keçirir.

"Biz bugün burada Azərbaycanın ən gözəl bayramı olan Novruz Bayramını qeyd etmək üçün toplaşmışıq. Amerikanın Azərbaycanlı Qadınları Assosiasiyasının artıq 6-ci ildir ki Novruz Bayramını qeyd edir. Biz çox fəxr edirik ki, burada 150-ə yaxın qonaq toplaya bilirik. Hər il bizim tədbirlərimizə daha çox adam qoşulur. Uşaqlarımız Novruz ənənələri, milli mədəniyyətllə tanış olurlar. Bu bizim missiyamızdır. Məqsədimiz Amerikada doğulmuş Azərbaycanlı uşaqlara mədəniyyəti ötürməkdir. Onların köklərini bilmələri, adət ənənələri qoruyub saxlamaqları bizim missiyamızdır, "Amerika Azərbaycanlı Qadınları Assosiasiyasının direktoru Lalə Rəhimova deyib.

Bu dəfəki Novruz şənliyinin aparıcıları azərbaycanlı könüllü gənclər olub.

Bayram şənliyində uşaqlarda Novruza olan marağı artımaq məqsədilə onlar üçün müxtəlif əyləncələr təşkil olunub. Tədbirdə həmçinin Novruz şirniyyatları, xonça və çay dəstgahı olan Bayram süfrəsi qurulub.

Tədbirdə paytaxt Vaşinqton şəhərində və Virciniya ştatının Fairfax şəhərində yerləşən Azərbaycan məktəblərinin şağirdləri iştirak edib.

Onların rəngarəng milli geyimlərdə nümayiş etdirdiyi rəqs nümunələri bayrama rəng qatıb. Dedikləri şerlər, oxuduqları mahnılar qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Bahar qızının rəqsi, keçəl və kosanın deyişmələri gələn qonaqlarda, xüsusilə də uşaqlarda böyük maraq doğurub.

Amerika Azərbaycanlı Qadınları Assosiasiyası paytaxt Vaşinqton şəhəri, Virciniya və Merilənd ştatlarında yaşayan Azərbaycanlı qadınlar tərəfindən yaradılıb və 2007-ci ildən fəaliyyət göstərir.

Assosiasiyanın əsas məqsədi ABŞ-ın Vaşinqton mahalı ətrafında yaşayan uşaqlara mili mədəniyyəti, adət və ənənələri çatdırmaq və Azərbaycan dilini yaşatmaqdır.

XS
SM
MD
LG