Accessibility links

Vaşinqtondan Ankaraya xəbərdarlıq: Türkiyə F-35 proqramından çıxarıla bilər


ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan və Türkiyənin müdafiə naziri Hülusi Akar Pentaqonda, 22 fevral, 2019.
ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan və Türkiyənin müdafiə naziri Hülusi Akar Pentaqonda, 22 fevral, 2019.

ABŞ Türkiyəyə Rusiyanın S-400 raket müdafiə sistemi və ya ABŞ-ın F-35 döyüş təyyarələri almasına dair seçimini etmək üçün iyul ayının sonuna qədər vaxt verib. Reuters xəbər agentlyi və digər beynəlxalq media agentliklərinin verdiyi məlumata əsasən, ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan bu ultimatumu türkiyəli həmkarı Hülusi Akara ünvanlandığı məktubunda verib.

Pentaqon rəhbərinin bildirdiyinə görə, Türkiyə həm Rusiyanın raket sistemləri, həm də Amerikanın döyüş təyyarələrini eyni zamanda əldə edə bilməz.

Rusiyanın S-400 raket müdafiə sistemi
Rusiyanın S-400 raket müdafiə sistemi

ABŞ rəsmiləri S-400 raket müdafiə sistemlərinin NATO-nun müdafiə sistemləri ilə bir araya sığmadığını və alyansın təhlükəsizliyinə hədə təşkil etdiyini bildirir. Vaşinqton bunun əvəzinə, Ankaraya Patriot tipli təyyarələri almağı təklif edib.

Pentaqon rəhbərinin türkiyəli həmkarına göndərdiyi məktubda həmçinin Türkiyənin iyul ayının sonuna qədər F-35 proqramından tamamilə çıxarıla biləcəyinə işarə edilib.

Türkiyə təyyarələrinin alıcısı olmaqla yanaşı, həm də bu təyyarələrin istehsalında tərəfdaş ölkələrdən biridir.

F-35 döyüş təyyarəsi
F-35 döyüş təyyarəsi

Ankara bundan öncə S-400 raket müdafiə sistemi və Amerikanın Lockerd Martin şirkəti tərəfindən istehsal edilən döyüş təyyarələrinin bir-birinə təsir göstərməyəcəyini və Rusiya ilə razılaşmadan geri çəkilməyəcəyini bildirib.

ABŞ isə Türkiyənin Rusiyadan raket sistemini alması ilə əlaqədar Ankaraya qarşı sanksiyaların tətbiq edilməsinin mümkünlüyü ilə hədələyib.

Təhlilçilərin fikrincə, Vaşinqtonun Ankaraya xəbərdarlığı ABŞ və Türkiyə arasında yarım əsrdən çox mövcud olan müttəfiqlik münasibətlərində dönüş nöqtəsi kimi qəbul edilə bilər. Məktubda Türkiyə pilotlarının beşinci nəsil döyüş təyyarələrinin təlimlərindən məhrum edilə biləcəyi ilə bağlı xəbərdarlıq da yer alır.

XS
SM
MD
LG