Accessibility links

Vaşinqton Maduronun müttəfiqlərinə qarşı daha çox sanksiya tətbiq edəcək


ABŞ-ın yüksək səviyyəli rəsmisi qarşıdakı günlərdə Tramp administirasiyasının Venesuelaya qarşı daha çox sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Venesuela üzrə xüsusi nümayəndə Elliott Abrams həmçinin bildirib ki, bu həftə BMT Təhlükəsizlik Şurasının ölkəyə humanitar yardımın daxil olmasına çağırış edəcək səsverməsindən öncə Vaşinqton qətnamə layihəsini təqdim edəcək.

Maduronun xarici işlər naziri Xorhe Arreaza da Təhlükəsizlik Şurasına müraciət edərək, üzvləri Venesuelaya qarşı güc tətbiq etməyi rədd edən qərar qəbul etməyə çağırıb.

ABŞ-ın vitse-prezidenti Mayk Pens isə bazar ertəsi Maduronu dəstəkləyən dörd venesuelalı qubernatora qarşı sanksiyalar tətbiq edildiyini elan edib.

Pens əlavə edib ki, 2015-ci ildən bu yana ölkəni tərk edən 3 milyondan çox Venesuela vətəndaşına qayğı göstərən Latın Amerikası ölkələrinə əlavə kömək göstərmək üçün 56 milyon dollar yardım ediləcək.

XS
SM
MD
LG