Accessibility links

5 Rusiya və 3 Suriya biznesmeninə ittiham irəli sürülüb


Vaşinqtonun federal məhkəməsi 5 rus və 3 Suriya biznesmeninə ittiham irəli sürülüb.

Onlar Krımda yerləşən və Suriyaya qırıcı təyyarələr üçün yanacaq göndərən şirkət vasitəsi ilə çirkli pulların yuyulmasında günahlandırılır. Həmin fərdlər külli miqdarda cərimə də ödəməlidirlər.

Onlar şirkətlər açıb saxta sənədlərlə sanksiyalardan yan keçərək, ABŞ dolları ilə Suriyaya mal köçürməkdə ittiham edilib.

“ABŞ-ın Krım və Suriyaya qarşı sanksiyaları terrorizmi dəstəkləyən, kütləvi qırğın silahlarında istifadə edən Suriya və Ukraynanın ərazi bütövlüyünü tanımayanlara qarşı yönəlib” - deyə, baş prokurorun yardımçısı Con Demers bildirib.

Müttəhimlər hələ ki, ittihamlara cavab verməyiblər. Günahkar tanınsalar onları 25 il müddətinə azadlıqdan məhrumiyyət gözləyir.

Beş rusiyalı Sovfracht-ın işçiləri olan Ivan Okorokov, İlya Loginov, Karen Stepanyan, Aleksey Konkov və Liudmila Şmelkovadır.

Suriyalılar isə Yaser Naser, Fərid Bitar və Qabriel Bitardır. Naser Suriyada Sovfracht üçün çalışıb, digərləri isə Suriyanın Banias limanında neft müfəttişləri olub.

XS
SM
MD
LG