Accessibility links

Vahid Əhmədov: "Oğurlanan vəsaitlər dövlət büdcəsinə qaytarılmalıdır"


Vahid Əhmədov

Milli Məclisin deputatı hüquq mühafizə orqanlarını korrupsiya hallarını araşdırmağa çağırıb

Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov korrupsiya hallarına, kölgə iqtisadiyyatına qarşı mübarizə və iqtisadiyyatda şəffaflığın yaradılması sahəsində hökumətin islahat siyasətinin artıq nəticələr verdiyini bildirib. Onun sözlərinə görə, 2018-ci ildə Dövlət Gömrük Komitəsində kadr dəyişikliyindən sonra gömrük yığımı 800 milyon manat artıb.

Vahid Əhmədov həmçinin hüquq mühafizə orqanlarının indiyədək olan korrupsiya halları ilə bağlı araşdırma aparmasının lazımlığını bildirib. Onun Amerikanın Səsinə müsahibəsini təqdim edirik:

Vahid Əhmədov: "Oğurlanan vəsaitlər dövlət büdccəsinə qaytarılmalıdır"
please wait

No media source currently available

0:00 0:03:20 0:00

Amerikanın Səsi: Bu gün parlamentdə çıxışınızda gömrük yığımları ilə bağlı faktlar açıqlayıbsınız. Bununla bağlı nə deyə bilərsiniz?

Yalnız Dövlət Gömrük Komitəsinə aid deyil, digər qurumlarda da belə halların qarşısı alınarsa, bizim dövlət büdcəmiz artar.

Vahid Əhmədov: Rəqəmləri açıqladım. Bilirsiniz ki, Azərbaycanda cənab prezident tərəfindən islahatlara start verilib. O cümlədən kölgə iqtisadiyyatı, korrupsiya, rüşvətxorluq və şəffaflıq məsələləri gündəliyə gəlib. Dövlət Gömrük Komitəsində də dəyişikliklər aparılır və orada şəffaflıq prinsiplərinə hazırda fakitiki olaraq əməl olunur. Yəni artıq sahibkarları incitmək, vəsait tələb edilməsi halları yoxdur. Biz bu rəqəmlərə baxanda görürük ki, 2018-ci ilin 9 ayında Dövlət Gömrük Komitəsinin xətti ilə əlavə olaraq dövlət büdcəsinə təxminən 800 milyon manata yaxın vəsait daxil olub. O cümlədən, 2019-cu ilin dövlət büdcəsində də bir sıra vergilər üzrə daxilolmalarda artımlar proqnozlaşdırılıb. Haradasa milyard yarım manata yaxın əlavə vəsait nəzərdə tutulub. Biz gömrük komitəsi ilə əlaqədar nə rüsumlarda, nə də vergilərdə ciddi qanun dəyişiklikləri etməmişik. Bu onun nəticəsidir ki, şəffaflıq təmin olunub. Bu da müəyyən qədər dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasına şərait yaradır. Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir və onun təxminən 20 ilində bu vəsaitlər mənimsənilib. Yəni, bu, yalnız Dövlət Gömrük Komitəsinə aid deyil, digər qrumlarda da belə halların qarşısı alınarsa, bizim dövlət büdcəmiz artar. Kölgə iqtisadiyyatı aradan qaldırılmış olar və dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasına nail ola bilərik.

Amerikanın Səsi: Belə faktlar da var ki, London məhkəməsində keçmiş Beynəlxalq Bankın rəhbərinin ailə üzvlərinin böyük miqdarda Azərbaycan vəsaitini xərcləməsi ilə bağlı məsələlər gündəliyə gəlib. Belə məsələlərə hüququi qiymət verilməlidirmi?

Bilirsiniz, hansısa bir insan gəlir, vəsaiti mənimsəyir və çıxır gedir. Sonra cüzi bir cəza almaqla bu məsələlər bağlanır.

Vahid Əhmədov: Ümumiyyətlə hesab edirəm ki, bu halların hamısına hüquqi qiymət verilməlidir. Söhbət əhalinin vergilərindən gedir. Bunlar vergilərdir. Vergiləri ödəməklə əhali öz borcunu yerinə yetirir. Əgər dövlət büdcəsindən hər hansı bir mənimsəmələr varsa, hər hansı digər hallara yol verilirsə hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. 2018-ci ildə dövlət büdcəsindən Beynəlxalq Bankın sağlamlaşdırılması ilə bağlı kifayət qədər vəsait ayrılıb. Bu vəsaiti ayırmaqda əsas məqsəd ondan ibarət oldu ki, bank sağlamlaşdırılsın və özəlləşdirilsin. Amma o vəsaitlərin necə xərclənməsi, necə istifadə edilməsi haqqında hələlik məlumatımız yoxdur. Yəqin 2018-ci ilin büdcə yekunlarının müzakirəsində bu məsələyə baxılacaq. Amma belə məsələlər çox ciddi məsələlər olduğu üçün, bu hallarda korrupsiya, rüşvət və kölgə iqtisadiyyatının izləri olduğu üçün, bunlar, əlbəttə araşdırılmalıdır və tədbirlər görülməlidir. Bu çox vacib məsələdir. Bilirsiniz, hansısa bir insan gəlir, vəsaiti mənimsəyir və çıxıb gedir. Sonra cüzi bir cəza almaqla bu məsələlər bağlanır. Amma əsas məqsəd o deyil. Əsas məqsəd o olmalıdır ki, oğurlanan vəsait dövlət büdcəsinə qaytarılsın və əhali bundan xeyir görsün.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG