Accessibility links

Vahid Məhərrəmli: Subsidiyalar məhsuldarlığın artmasına kömək etmir


Vahid Məhərrəmli: Subsidiyalar məhsuldarlığın artmasına kömək etmir
please wait

No media source currently available

0:00 0:06:44 0:00

Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmli Amerikanın Səsinə müsahibəsində kənd təsərrüfatı sahəsində problemlər, məhsulların bazarlara çıxarılmasında maneələrdən danışıb.

Amerikanın Səsi: 2020-ci il aqrar sahədə hansı hadisələrlə yadda qaldı?

Vahid Məhərrəmli: 2020-ci il ümimiyyətlə bir sıra hadisələrlə yadda qaldı. Deməli, koronavirusun ölkədə yayılması və bununla bağlı hökümətin karantin tətbiq etməsi və sonra bu il bildiyiniz kimi əvvəlki illərə nisbətən su qıtlığı qabarıq şəkildə özünü göstərdi. Əvvəllər, əgər deyək ki, müəyyən regionlarda bu baş verirdisə, indi bütün ölkə üzrə suvarma suyuna olan ehtiyacın ödənilməməsini gördük. Əlbəttə, bu, subyektiv səbəblərdən daha çox özünü qabartdı. Digər bir problem də ilin sonunda demək olar ki, müharibənin başlanması və bundan da bizim kəndlərimiz müəyyən qədər əziyyət çəkdi. Məhsulu vaxtı-vaxtında yığa bilmədilər, məhsul sahədə qaldı. Yəni bu kimi hadisələr baş verdi. Bundan başqa da 2020-ci ildə siğortanın kənd təsərrüfatında tətbiq edilməsi və subsidiyaların yeni qaydalar üzrə verilməsi kimi kənd təsərrüfatında 2020-ci ildə hadisələr baş verdi və bununla da həmin il yadda qaldı.

Amerikanın Səsi: Ölkə prezidentinin fərmanı ilə aqrar sığortanın yeni mexanizminin tətbiqi nəzərdə tutulub. Bu sistem kənd təssərrüfatı məhsulları istehsalçılarına etibarlı təminat yaradırmı?

Ümumi ölkə üzrə məhsuldarlığın artması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir artım görmürük. Bu o deməkdir ki, qeyri-səmərəli biznesi stimullaşdırırıq.


Vahid Məhərrəmli: Ümumiyyətlə, belə götürəndə digər ölkələrlə müqayisədə Azərbaycanda təəssüflər olsun ki, məhsuldarlıq aşağıdır. Yəni, bu da onu düşünməyə əsas verir ki, bizim kəndlilərin əldə etdikləri gəlir azdır və əlbəttə bu həcmdə, bu qədər subsidiyanın bizim kəndlilərə verilməsi, bu heç də onların problemlərini həll etmir. Onların kifayət qədər çoxlu problemləri var. Mən birini dedim, su ilə bağlıdır, sonra istehsal vasitələri, gübrə keyfiyyətsizdir. Pestisitlər keyfiyyətsizdir. Bax onlar kifayət qədər dilə gətirirlər, deyirlər. Təəssüflər olsun ki, bu hələ də davam edir. Bu qədər vəsait imkan vermir ki, onlar biznesini genişləndirsinlər,daha çox gəlir əldə etsinlər, məhsuldarlığı artırsınlar. Əlbəttə, subsidiya həm də bunun üçün nəzərdə tutulmayıb. Elə bir mexanizm tətbiq etmək lazımdır ki, məhsuldarlıq artsın, məhsulun keyfiyyəti yaxşılaşsın. Misal üçün, əgər əmtəəlik mala, məhsula görə subsidiya verilərsə, deyək ki buğda istehsalında, fermerlər məcburiyyət qarşısında qalıb, deməli, daha keyfiyyətli buğda istehsal edəcəklər ki, bu da bizim idxal buğdanın həcmini azaldacaq. Yəni, bax bu mexanizm məhz o məqsədlə tətbiq edilməlidir ki, biz nəyəsə nail olaq. Qeyri-səmərəli biznesi stimullaşdırmaq artıq uzun müddətdir, 2007-ci ildən bəri demək olar ki, subsidiya verilir və biz görürük ki, əslində bu subsidiyaların faydası yoxdur. Ümumi ölkə üzrə məhsuldarlığın artması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir artım görmürük. Bu o deməkdir ki, qeyri-səmərəli biznesi stimullaşdırırıq. Belə olmalı deyil, biz çalışmalıyıq ki, o sahə gəlirli olsun, həm fermerlərə, kəndlilərə gəlir gətirsin, digər tərəfdən ölkə də özünün ərzaq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəsin. Mən isə hesab edirəm ki, buna görə də hökümət çalışmalıdır ki, əmtəəlik məhsula görə, yəni kəndli, fermer istehsal etdiyi məhsulu təhvil verir emal müəssisəsinə, onun əvəzində qəbz əldə edir və yaxud da elə emal müəssisəsinin vasitəsilə kəndliyə subsidiya vermək olar ki, yəni o əmtəəlik məhsul istehsal etməkdə daha da maraqlı olsun.

Amerikanın Səsi: Hökumət rəsmiləri Azərbaycan kənd təsərrüfatı bazarlarının şaxələndirilməsinin vacibliyini bildirib. Fikrinizcə Azərbaycan kənd təssərüfatı məhsulları Rusiya və keçmiş MDB ölkələrindən başqa hansı ölkələrin bazarlarında realizə edilə bilər?

Bu əsas onunla bağlıdır ki, dediyim kimi mütəxəssis çatışmazlığı var, kadr çatışmazlığı var.


Vahid Məhərrəmli: Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, yəni bizim iqlim şəraitimiz imkan verir çoxlu sayda, çoxlu çeşiddə kənd təsərrüfatı məhsulu istehsal edək və çox yüksək keyfiyyətlə məhsuldarlığı artıraq. Bunun üçün bütün resurslarımız var. Yəni burda əlbəttə də, biz əgər keyfiyyətli məhsul istehsal edə bilsək, qərb ölkələrinə, inkişaf etmiş ölkələrə ixrac edə bilərik, indi heç bir problem yoxdur. Problem keyfiyyətdədir. Bütün ölkələr üçün keyfiyyət ən önəmli məsələdir, ona görə ki, icrac məhsulu keyfiyyətli olmaldır. Yəni əgər biz keyfiyyətə fikir versək, məhsulun keyfiyyətini yaxşılaşdırsaq onun qablaşdırılmasıdır, logistikasıdır, bu problemləri də həll etsək, heç bir problem yoxdur, biz digər ölkələrə də ixrac edə bilərik. İş burasındadır ki, hələ bizdə keyfiyyətlə bağlı ciddi problem var. Bu da onunla bağlıdır ki, təəssüflər olsun ki, bizdə get-gedə peşəkarların sayı azalır, vaxtilə yaxşı təhsil almış aqronomlar artıq qocalıb, yeni nəsil aqronomları yetişdirə bilmədik, onlara yaxşı nəzəri bilgi vermədik, praktikada təcrübə əldə etmələri üçün imkan yaratmadıq və bu səbəbdən də biz görürük ki, kəndlilərimiz fermerlərimiz bilgi kifayət qədər olmadığı üçün istehsal etdikləri məhsulun keyfiyyətini yaxşılaşdırmaqda çətinlik çəkirlər. Bu əsas onunla bağlıdır ki, dediyim kimi mütəxəssis çatışmazlığı var, kadr çatışmazlığı var. Əgər əsaslı işlər görülərsə, kadrlar yetişdirilsə və bu istiqamətdə ciddi fikir verilsə biz keyfiyyətli məhsul istehsal edib, ixrac edə bilərik, heç bir problem yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG