Accessibility links

'Vahid Rusiya' Moskva şəhər şurasında yerlərinin üçdə birini itirib


Rusiyanın hakim Vahid Rusiya partiyası Moskva şəhər şurasında indiyədək tutduğu yerlərin üçdə birini itirib. Son seçki nəticələri müstəqil ekspertlər tərəfindən Kremlə zərbə kimi təsvir olunur.

Bununla belə, partiya şurada çoxluğunu qoruyub saxlamağa nail olub.

Partiya öz siyasi liderliyini nümayiş etdirdi.
Dmitri Peskov


Bazar günü keçirilən bələdiyyə seçkilərində Vahid Rusiya partiyasının namizədləri Sankt Peterburq və digər 15 regionda rəhbər mövqelərinə seçiliblər.

Çox sayda müxalif namizədlərin diskvalifikasiyası və bunun ardınca baş qaldıran etiraz aksiyaları fonunda bələdiyyə seçkiləri diqqət mərkəzində olub.

Beş ildir ardıcıl şəkildə azalan maaşlar və pensiya yaş həddinin qaldırılması da Moskva etirazlarını alovlandırıb.

Müxalif namizədlərin diskvalifikasiyası Moskvada genişmiqyaslı etirazlara yol açıb.
Müxalif namizədlərin diskvalifikasiyası Moskvada genişmiqyaslı etirazlara yol açıb.

Bazar günü səsverməsindən müxalif qruplar arasında ən çox faydalanan Kommunist Partiyası olub.

Kreml sözçüsü müxbirlərə deyib ki, Moskvadakı geriləməyə baxmayaraq, Vahid Rusiya partiyası yaxşı nəticələr əldə edib.

“Partiya öz siyasi liderliyini nümayiş etdirdi,” deyə, Dmitri Peskov bildirib.

XS
SM
MD
LG