Accessibility links

Vəhidə Xanpur Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib


Vəhidə Xanpur
Vəhidə Xanpur

Təbriz sakini Vəhidə Xanpur atasının evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Bölgədəki hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, xalça sənəti ixtisasının məzunu Vəhidə Xanpur dekabrın 14-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.

İnsan Haqları Cəmiyyəti (Ərk), Vəhidənin atasına istinadən yazıb ki, ona qarşı "rəhbərliyi təhqir etmək" və "xarici media ilə əlaqə saxlamaq" ittihamları irəli sürülüb.

Yayılan məlumatlara görə, İranda baş qaldıran kütləvi etirazlar zamanı o, son aylarda dəfələrlə telefon zəngləri ilə təhlükəsizlik qüvvələri tərəfindən təhdid edilib.

İran İslam Respublikasının təhlükəsizlik qurumları siyasi və ictimai fəallarla yanaşı sadə vətəndaşları belə sosial media səhifələrində dərc etdiyi tənqidi yazılar və paylaşımlara görə həbs edir.

Ölkədə təhlükəsizlik qüvvələrinin ictimai və siyasi fəalların tənqidlərinə bu cür yanaşması son aylarda ölkəni bürüyən etiraz dalğası ilə birlikdə daha da şiddətlənib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG