Accessibility links

“Vaşinqton Post” da Dağlıq Qarabağdan 3-cü reportaj


“Vaşinqton Post” da Dağlıq Qarabağdan 3-cü reportaj
“Vaşinqton Post” da Dağlıq Qarabağdan 3-cü reportaj

“Vaşinqton Post” da Dağlıq Qarabağdan 3-cü reportaj

Dağlıq Qarabağda Azərbaycandan qaçmış ermənilərə daşınmaz əmlak kompensasiyası verilməsi müzakirə olunur

“Vaşinqton Post”qəzetində Dağlıq Qarabağ haqqında son on gündə Azərbaycan tərəfinin “Ermənistan mövqeli” adlandırdığı müəllif tərəfindən üçüncü məqalə dərc olunub. Bundan əvvəlki məqalələri Azərbaycan tərəfi erməniyönümlü adlandırmışdı və Azərbaycanın ABŞ dakı səfiri Yaşar Əliyev bununla bağlı bəyanat vermişdi. Yaşar Əliyevin “Vaşinqton Post” qəzetinə göndərdiyi məktub keçən cümə günü qəzetdə dərc edildi və eyni gündə Amerikanın səsinin saytı məktubla bağlı xəbəri yaydı.

İyulun 15-də dərc olunan yazıda müəllif Dağlıq Qarabağdan reportaj hazırlayıb. Yazıda deyilir ki, Cənubi Qafqazda tanınmamış respublika olan Dağlıq Qarabağın keçmiş müdafiə naziri Arman Meliqyan təklif edir ki, sərhəddəki torpaqlar Azərbaycandan qaçmış ermənilərə təklif olunsun və bununla da onların Azərbaycandakı mülkləri kompensasiya edilsin.

Müəllif yazır ki, Qarabağın prezidenti Baho Sahakyan deyib ki, hazırda həmin ərazilərdə infrastruktur yaxşı vəziyyətdə deyil və burda yaşayışı təmin etmək investisiya tələb edir. Saakyan deyib ki, bu cür yerləşdirmə həmçinin sülh danışıqlarına ziddir. Məqaləyə görə, Qarabağın baş naziri Ara Harutyunyan deyib ki, Azərbaycanı tərk edənlər şəhər həyatına öyrəşiblər və əyalətdə yaşaya bilməzlər.

“Vaşinqton Post”qəzetində yazılır ki, Dağlıq Qarabağda qaçqınların hüquqlarının müdafiəsi ilə məşğul olan Saro Saroyan deyib ki, bu, yarı-yaxşı ideyadır, çünki ermənilər Bakıda evlərini qoyub gəliblər, Bakı isə neft pullarından çox varlanıb və Bakıda daşınmaz əmlakın qiyməti qalxıb, sərhəddə erməni qaçqınlarına veriləcək torpaq Bakıdakı evlər üçün kompensasiya ola bilməz.

Məqalə bu cür təsvirlə bitir:

Məqalədə deyilir ki, Saroyan özü Bakını 1988-ci ildə tərk edib və Bakı üçün darıxır: “Burda onun sürücü babası dəfn olunub və o deyir ki, Qarabağda özünü heç vaxt evindəki kimi hiss etməyəcək. “Biz burdakı cəmiyyətlə qaynayıb qarışmışıq, amma heç vaxt” yüz faiz inteqrasiya ola bilmirik”.

“Vaşinqton Post”dakı bu məqalə də, bundan əvvəlki iki məqalədə Böhran Reportyorluğu üzrə Pulitzer Mərkəzinin əməkdaşlığı ilə hazırlanıb.

XS
SM
MD
LG